Gözəllik baxılan şeydə deyil baxışdadı |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 30-12-2014, 13:19 | Şərh sayı: (0) | Baxılıb: 615
Gözəllik baxılan şeydə deyil baxışdadı
Həzrət Zeynəb (ə) Kərbəla haqqında "mən yalnız gözəllik gördüm” buyurmuşdur. Bu gözəllik nədədir?
Ariflər "əzəmət baxılan şeydə yox, baxışdadır” deyirlər. Bəlkə, elə gözəllik də baxılan şeydə yox, insanın baxışındadır. Varlıq aləmini "gözəl nizam gözü” ilə seyr edənlər hər şeyi gözəl görürlər. Həyata gözəlliyin gözü ilə baxmaq insanın qəlbinə rahatlıq verir, onun ruhunu oxşayır.
İmam Hüseyn (ə) başına gələcək işləri Allahın iradəsinə rəğmən özü və yoldaşları üçün xeyir hesab edirdi. Çoxları üçün ağrılı görünən şəhadət haqq mücahidləri üçün isə əsil gözəllikdir. Kərbəla insanın Allah yazısında razılığının təcəlla zirvəsidir. İmam (ə) həyatının son anlarında Allahdan razılığını bildirən sözlər zümzümə edir, bacısını da Allahdan razılığa çağırırdı.
Aşura gözəlliklərindən biri haqla batilin arasından xətt çəkilməsi idi. Pislik yaxşılığa, batil haqqa qarışdığı vaxt yaxşılıq və haqq tədricən gözdən itir. Həqiqəti qorumaq üçün onu zəlalətdən ayırmaq zəruridir. İmam Hüseyn (ə) zülmətə bürünməkdə olan dövründə əlinə məşəl alıb, kimin kim olduğunu çaşqın xalqa göstərdi.
Aşura göstərdi ki, əsl qələbə hərbi qələbə yox, qanın qılınca qələbəsidir. İbrahim ibn Təlhə Kərbəlaya işarə ilə kimin qalib gəldiyini soruşduqda, imam Səccad (ə) belə cavab verir: "Namaz vaxtı azan və iqamə de, gör kim qalib gəlib.” Bəli, əməvilərin cidd-cəhdlərinə baxmayaraq, azan və iqamədə "Əliyyən vəliyyullah” sədaları ətrafa yayıldı və Kərbəla bu cinayətkar sülaləyə lənət möhürünü vurdu.
Bəli, maskaların yırtılması gözəldir! Aşiqin məşuqa qovuşması gözəldir! Bir sözlə Kərbəla gözəldir!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər