Şərabın təsirinə bir misal |
Müəllif: Eli Aşiqi | Bölmə: Məqalələr | Vaxt: 12-12-2014, 08:54 | Şərh sayı: (0) | Baxılıb: 648
Şərabın təsirinə bir misal
Tarixdən mə`lum olur ki, böyük peyğəmbərlərdən olan Həzrəti Yəhya ibni Zəkəriyyanın (əlyehissalam) qətli şərab və içkinin təsirindən baş vermişdir. Yazırlar ki, O həzrətin ölümü zinakar bir qadınla şərabxor şahın əyyaşlıq macərası ilə bağlıdır. O qadın öz zinakarlığı ilə şahın səltənətində yüksək mövqe və qüdrət ələ gətirmişdi. Qocalana yaxın qorxur ki, şah ondan üz döndərsin və bununla da öz mövqeyini itirsin.
Buna görə də, başqa kişidən olan qızını şahla evləndirmək fikrinə düşür. Qızını yüz bir oyunla bəzəyib şahın hüzuruna gətirir ki, onunla evlənsin.
Şah deyir: "Bu işdən ötrü Yəhya Ibni Zəkəriyya (zəmanənin peyğəmbəri) ilə məsləhətləşməliyəm. Əgər o icazə versə, sözüm yoxdur”. Şah bu məsələ ilə bağlı Həzrəti Yəhya (əleyhissala)-ma müraciət edir. O Həzrət bu işə icazə vermir və buyurur ki, bu iş şəriətdə haramdır! Şah nəfsani istəyinin əksinə olan cavab eşitdiyinə görə, hirslənir. Amma zahirdə özünü dindar kimi göstərdiyinə görə etiraz etmir. İstəmir ki, onu, bir şəriət hökmünü bəyan etdiyinə görə qətlə yetirsin.
Qadın bu işin qisasını Yəhya peyğəmbərdən almaq fikrinə düşür. O, şah şərab içib sərxoş olan halda qızını bəzəyib onun yanına gətirir. Qızına tapşırır ki, şah səndən "Nə istəyirsən?” - deyə soruşsa, söylə ki, "Yəhya peyğəmbərin başını istəyirəm”.
Qız şahın yanına gəlir. Şah sərxoş olduğuna görə qızla zina edir və ondan nə istədiyini soruşduqda, qız həmin arzusunu söyləyir. Şah sərxoş olduğuna görə tez əmr verir ki, Yəhya ibni Zəkəriyya (əleyhissalam)-ın başını kəsib onun yanında hazır etsinlər.
Beləliklə, bu fitnə nəticəsində Allah peyğəmbərinin başını faciəli şəkildə teştin içində kəsdirir.
Göründüyü kimi şərab, Allahın peyğəmbərini qətlə yetirəcəyi qədər böyük təsirə malikdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər