Şərab, başqa günahların açarıdır |
Müəllif: Eli Aşiqi | Bölmə: Məqalələr | Vaxt: 25-12-2015, 01:52 | Şərh sayı: (0) | Baxılıb: 429
Şərab, başqa günahların açarıdır
Mə`mun-ər-Rəşid bəni-Əbbas xəlifələri arasında elmi mübahisələrə daha çox diqqət edən bir şəxs idi. Nəql edirlər ki, o, həftədə iki dəfə məclis təşkil edər, alimləri, elm sahiblərinioraya də`vət edib çətin məsələlər haqqında bəhs edərmiş. Günlərin birində üst-başı çox da səliqəli olmayan bir dərviş məclisə daxil olur və bir guşədə oturur. Hər kəs öz növbəsində bir çətin məsələ barəsində söz açır. Dərvişə növbə çatanda, məharətləçox çətin bir məsələni həll edir. Mə`mun onun bu elmini görüb yuxarı başa keçirir. Hansı məsələ müzakirəyə qoyulursa, dərviş tez cavabını tapır. Məclisin sonunda Mə`mun hamını şərab süfrəsinə də`vət edir, dərvişə təklif olunanda isə, bu işdən imtina edir. O, Mə`mundan icazə alaraq sözə başlayır: "Bu gün azacıq elmimə görə məni yuxarı başa keçirtdin, amma, indi istəyirsən bu ne`məti məndən alasan?! Bu elm mənim izzətimdir. İstəyirsən məni uca məqamdan endirib zəlil edəsən? Sənin kimi xəlifəyə yaraşmaz ki, mənim bu kiçik elmimə paxıllıq edib məndən alasan. Çünki, şərab insanın ağlını aradan apararaq, ədəb və elmini əlindən alır. Insanların gözündə adamı xar və zəlil edir”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər