RSS
 

Login:
Şifrə:
» » Şəriət, təriqət və həqiqət və ya Allaha aparan yol hardan keçir?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Şəriət, təriqət və həqiqət və ya Allaha aparan yol hardan keçir?

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 9-03-2016, 12:48 | Şərh sayı: (0) | Baxılıb: 1794

Şəriət, təriqət və həqiqət və ya Allaha aparan yol hardan keçir?


Şəriət, təriqət və həqiqət və ya Allaha aparan yol hardan keçir? Can ilə tən oldu bir həqiqət,

Birləşdi şəriətü təriqət.

Nəsimi

Sufilik mövzusundakı kitablarda, habelə, sufi şeirlərində “şəriət, təriqət və həqiqət” məfhumlarına tez-tez rast gəlirik. Sufiliyin əsas termininə çevrilmiş bu sözlərə müxtəlif cür açıqlamalar verilmişdir. Hətta sufi mənbələrində bu üç anlayışın Həzrət Mühəmməd Peyğəmbərə (s) aid bir hədisdən götürüldüyü də iddia olunur: “Şəriət mənim sözlərim, təriqət mənim əməllərim, həqiqət isə mənim hal və vəziyyətlərimdir”. Hicri VII əsrdə yaşamış məşhur sufi Əzizəddin Nəsəfi bunu nəzərdə tutaraq, “əl-İnsan əl-kamil” kitabında yazırdı: "Bil ki, şəriət - peyğəmbərlərin sözü, təriqət - peyğəmbərlərin əməli, həqiqət isə peyğəmbərlərin gördükləridir. Salik (haqq yolçusu) gərək şəriət elmindən lazım olduğu qədər öyrənsin və yadda saxlasın, sonra təriqət əməllərindən lazım gəldiyi qədər yerinə yetirsin. Bundan sonra səy və çalışqanlığına uyğun olaraq, həqiqət nurları onun üzünə işıq saçacaq”.

Şəhid Mürtəza Mütəhhəri bu üç anlayış barədə məlumat verərək yazır: “Ariflərlə başqaları, xüsusilə, fəqihlər arasında mövcud olan əsas ziddiyyətli məsələrdən biri - ariflərin şəriət, təriqət və həqiqət barədə özünəməxsus görüşləridir.

Ariflər və fəqihlər bu barədə eyni fikirdədirlər ki, şəriət bir sıra faydalı göstərişlərin üzərində qurulmuşdur. Fəqihlər söyləyirlər ki, bu göstərişlər insanı səadətə, yəni maddi və mənəvi nemətlərdən ən kamil səviyyədə istifadə etmək imkanına çatdırmaq məqsədi daşıyır. Amma ariflər bu əqidədədirlər ki, bütün yollar Allaha gedib çıxır, bütün göstərişlər də insanı Allaha doğru aparan şərt, imkan və vasitələr kimi qəbul edilməlidir.

Fəqihlər yalnız bunu deyirlər ki, şəriət pərdəsi altında bir sıra faydalı göstərişlər gizlənib ki, bunlar şəriət hökmlərinin səbəbi və ruhu sayılır. Həmin faydalı göstərişlərdən bəhrələnməyin yeganə yolu şəriətə əməl etməkdir. Ariflər isə bu fikirdədirlər ki, şəriətdə gizlənmiş həmin faydalı göstərişlər insanı Allaha yaxınlaşdıran, həqiqətə qovuşduran mənzil və mərhələlərin növləridir”. Yəni fəqihlər şəriəti insana səadət gətirən vasitə hesab etdikləri halda, ariflər daha da irəli gedir, daha böyük iddia ilə çıxış edirlər və deyirlər ki, şəriət insanı nəinki səadətə, hətta Allaha doğru aparan vasitədir.

Şəhid Mütəhhəri mövzuya bir qədər də aydınlıq gətirərək yazır: “Ariflərin fikrincə, şəriətin batini bir yoldan ibarətdir ki, bu yolu “təriqət” adlandırırlar. Bu yolun sonu isə “həqiqət”dir, yəni arif öz “mən”ini əldən verib özündən fani olduqdan sonra ortaya çıxan əsil tövhiddir. Buna görə də arif üç məfhuma inanır: şəriət, təriqət və həqiqət. İnanır ki, şəriət - təriqətin vasitəsi və qabığıdır.

... Ariflərin əqidəsincə, insanın təşəkkül tapdığı üç tərkib hissəsi - bədən, ruh və ağıl bir-birindən ayrı olmadığı, əksinə, bir-birinə qovuşmuş və zahir-batin münasibətində olduğu kimi, şəriət, təriqət və həqiqət də bu xüsusiyyətlərə malikdir. Yəni bunların biri zahir, o biri batin, üçüncüsü isə batinin batinidir” (Şəhid Mütəhhəri. İslami elmlərlə tanışlıq, 3-cü cild, səh. 94-96).

Ümumilikdə sufilik (bəzi azğın və bidətçi qolları çıxmaq şərtilə) İslam şəriəti ilə həmahəng şəkildə mövcud olmuş, ilkin mərhələ olaraq şəriəti dini qaydaların məcmusu kimi qəbul etmişdir. Mütərəqqi fikirli, geniş dünyagörüşünə malik ariflər və sufilər hər hansı məzhəbə bağlı olmuş və həmin məzhəbin ehkamlarını dəqiqliklə icra etmişlər. Bu şəxslərin söz və əməllərində şəriətlə təriqət arasında uyğunsuzluq müşahidə edilmir. Böyük sufi şəxsiyyətlər namaz, oruc, həcc kimi şəriət hökmlərini nəinki inkar etməmiş, hətta bunları ifrat həddə icra etməklə xalq içində məşhur olmuşlar. Onların öz kəlamları da bu fikri təsdiqləyir. Məsələn, Cüneyd Bağdadi təsəvvüf barədə deyirdi: “Bu, o kəsin yoludur ki, sağ əlində Allahın kitabını (Quranı), sol əlində Müstəfa sünnəsini tutmuş olsun və bu iki şamın işığında yol getsin ki, nə şühbə girdabına, nə də bidət zülmətinə düşməsin”.

Təriqət barəsində ariflər demişlər: “Təriqət - haqq yolunun yolçusuna (salik) məxsus bir yolla irəliləməkdir. Dünyadan üz çevirmək, davamlı zikr, yaradılışın əvvəlinə diqqət yetirmək, laqeydlik (yəni ruh aramlığı), tənhalığa qapılmaq, daim təharətli və dəstəmazlı olmaq, doğruculluq, ixlas və sairə sifətlər bura aiddir. Şəriət zahiri hökmlərdən ibarətdir və qabıq kimidir, təriqət onun içi, ləpəsidir” (Şərhi-Gülşəni-raz).

Seyri-süluk yolunun məqsədi və son nöqtəsi isə “həqiqət”dir. Xacə Abdullah Ənsarinin sözləri ilə desək, “həqiqət başdan-başa heyrətdir”.

Həqiqətə yetmək üç mərhələ üzrə inkişaf edir: təxəlli, təhəlli və təcəlli. (Qeyd edirik ki, bu adların yazılışında bir incəlik vardır. Adların hər üçü bircə hərflə fərqlənir. Fərqləndikləri “x”, “h” və “c” hərflərinin ərəb əlifbası ilə yazılış şəkli də demək olar ki, eynidir və yalnız nöqtə təfavütünə malikdir).

Təxəlli - pis sifətlərdən təmizlənmək və insanı Allahdan uzaqlaşdıran əməlləri tərk etməkdir.

Təhəlli - gözəl və bəyənilən sifətləri özündə tərbiyə etmək və öz əxlaqını bunlarla bəzəməkdir.

Təcəlli isə haqqın cilvələnməsi, arifin qəlbində haqq nurunun parlamasıdır.

Sufilərin fikrincə, təcəllanın da üç növü vardır: feli, sifati və zati. Göründüyü kimi, bunlar həm də tövhidin mərtəbələridir. Sufilər Həzrət Mühəmməd Peyğəmbərə (s) aid etdikləri bu hədisi də dediklərinə sübut kimi göstərirlər: “Həqiqətən, Allah Adəmi yaratdı və onda təcəlli etdi”. Beləliklə, təcəlli - mərhələlər üzrə arifin qəlbində əvvəlcə Allahın feil və əməllərinin, sonra ad və sifətlərinin, ən sonda isə zatının zahir olmasıdır.

Ariflərin fikrincə, həqiqət mərhələsi qeyri-məhdud və sonsuzdur. Allahın bütün sifətləri sonsuz olduğu, zatı qeyri-məhdud olduğu üçün, Onu dərk etməyin də həddi-hüdudu yoxdur...



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor