Imam Hüseyn (ə) -a ağlamağın fəzilətləri |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 14-08-2013, 03:03 | Şərh sayı: (2) | Baxılıb: 8918
Imam Hüseyn (ə) -a ağlamağın fəzilətləri
İmam Hüseynin (ə) müsibətinə görə yas saxlamaq, mərasimlər keçirmək haqqında Əhli-sünnə kitablarında da bir çox rəvayətlər qeyd edilmişdir. Qısaca onların bir-neçə nümunəsinə işarə edək.
Sələmi deyir: Ümmi Sələməni (Peyğəmbərin həyat yoldaşı) ağlayan halda gördüm. Səbəbini soruşduqda dedi: Yuxuda Allahın Rəsulunu saçı, surəti toz-torpaqlı halda gördüm. Soruşdum ki, sizin bu hala düşməyinizin səbəbi nədir ya Rəsulallah?
Buyurdu: “Bir az öncə Hüseynimin şəhid olmağını gördüm” (“Səhih Tirmizi”, 2/ 306.).
Əli (ə) buyurur:
“Bir gün Peyğəmbərin (s) hüzuruna daxil olub o Həzrətin gözlərini yaşarmış gördükdə soruşdum:
Sizi niyə bu halda görürəm, ağlamağınızın səbəbi nədir?
Həzrət buyurdu: Cəbrayıl (ə) Hüseynimin Fərat çayı kənarında öldürülməsindən xəbər verərək dedi: Onun torpağını iyləmək istəyirsənmi?
Dedim: Bəli. Bu zaman Allahın mələyi Hüseynimin orada şəhid olacağı torpağı mənə göstərdikdə özümü ağlamaqdan saxlaya bilmədim” (İmam Əhməd ibni Hənbəl- “Musnəd”, 1/85.).
İmam Sadiq (ə) buyurur: “Həqiqətən Hüseynin qəbri kənarında yetmiş minə yaxın mələk qiyamət gününə qədər göz yaşı axıdır” (“Zəxairul-uqba”, 151.).
İmam Hüseyn ibni Əli (ə) buyurur: “Allah-taala müsibətlərimizə ağlayan şəxsləri cənnətə daxil edəcəkdir” (“Zəxairul-uqba”, 19).
İmam Hüseynə (ə) ağlamağın fəzilətləri
Rəvayətlərdə şəhidlər sərvəri İmam Hüseynə (ə) ağlayan, kədərlənən, yaxud növhə, mərsiyə oxuyan şəxslər haqqında çoxlu fəzilətlər qeyd edilmişdir.
İmam Rzadan (ə) nəql edilən bir rəvayətdə oxuyuruq:
“Ağlamaq istəyən şəxs İmam Hüseynə (ə) ağlasın. Çünki, O həzrətə ağlamaq günahların bağışlanmasına səbəb olur”.
O həzrət yenə də buyurur:
“Ey Şəbib! Allah-taala İmam Hüseynə (ə) ağlayıb göz yaşı axıdanların günahlarını bağışlayacaqdır”.
İslam Peyğəmbəri (s) öz qızı həzrət Fatiməyə (ə) xitab edərək belə buyurmuşdur:
“Fatiməcan! Qiyamət günü bütün gözlər ağlarkən Hüseynimə ağlayan gözlər gülər və cənnət nemətlərilə müjdələnər”.
İmam Sadiqdən (ə) nəql edilən rəvayətdə Əhli-beytə (ə) ağlayanların Kövsər çeşməsindən sirab olacağı xatırlanır:
“Bizə ağlayan gözlər Kövsər hovuzunun suyu ilə sirab olacaq”.
O həzrət ayrı bir hədisdə Cəfər ibn Uffana xitab edərək buyurur:
“İmam Hüseyn (ə) haqqında şer yazan, ağlayan, yaxud ağladan şəxslərə cənnət vacib ediləcək və günahları bağışlanacaq”.
“Vəsailüş-şiə” kitabında qeyd edilən hədisdə İmam Sadiq (ə) camaatın İmam Hüseynə (ə) ağlayıb mərsiyə deməsinə görə Allaha şukür edərək buyurur:
“Allaha şükür edirəm ki, xalqın içində yanımıza gələn, biz Əhli-beyti mədh edən, mərsiyə deyən şəxslər qərar vermişdir”.
Yaxud, İmam Rza (ə) Əhli-beyt (ə) şairlərindən biri olan Debələ buyurur:
“Mənə (İmam Hüseyn haqqında) bir şer yazıb oxu, çünki, bu günlər (Aşura ərəfəsi) ailəmizə qəm, müsibət üz gətirən bir gündür”.
Hazirladi: Mir Ali
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər