Behişt meyvələri və onun xüsusiyyətləri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 28-09-2015, 19:19 | Şərh sayı: (0) | Baxılıb: 614
Behişt meyvələri və onun xüsusiyyətləri
"Əmdədə” imdad məsdərindən olub, kömək etmək mənasındadır. Yəni, "zidnahum” onlar üçün artırırıq. Bütövlükdə fəzldən söhbət gedir, Cənnət meyvələrini təfəzzül üzündən artırdıq. Bu dünyanın meyvələri o aləmdə də həmin ada malikdir. Lakin onların həqiqətləri bir-birindən çox fərqlidir. Cənnət meyvələri lətifdir, dünya meyvələri isə lətif deyil.
Dünya meyvələrinin kalı və yetişmişi, əzilmişi, xarabı vardır. Cənnət meyvələri isə əksinə olaraq, kalı, dadsızı və xarabı yoxdur. Üstəlik bir-birindən gözəldir. Cənnət meyvələrinin başqa əzəmətindən biri də onun dənəsiz olmasıdır. Qalın qabığı da yoxdur.
Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-dən rəvayət olunur ki, Cənnət meyvələrinin hər birinin yüz min dadı vardır.
Ora başqa aləmdir. Gör Mömin necə dərrakəyə malik olur ki, yüz min dadı bir anda dadır! Cənnət ağaclarının budağı qızıldır, tikanı, çubuğu yoxdur. Budağında da meyvə vardır. Mömin istədiyi hər hansı bir meyvə həmin saat onun qarşısında hazır olur. Daha mühüm məsələ budur ki, Mömin ağzındakı meyvəni yediyi halda həmin ağzındakı meyvə başqa bir istədiyi meyvəyə dönür.
Həzrəti Xatəmül-Ənbiya səlləllahu əleyhi və alihi və səlləm-dən aşağıdakı məzmunda bir rəvayət nəql olunur: Yuxu aləmində əmim Həmzəni gördüm (Həmzə şəhid olandan sonra). Bu zaman onun yanında bir salxım üzüm var idi. Bir də gördüm birdən üzüm xurmaya döndü. Əmimdən soruşdum ki, əməllərin ən gözəli hansıdır? O, dedi: İnsanın əli ilə susuzun sirab olması, ikincisi budur ki, Mühəmmədə səlləllahu əleyhi və alihi və səlləm salavat göndərmək, üçüncüsü isə əmin oğlu Əliyyibni Əbi Talibi sevməkdir.
Ya Allah, Səni vəlin Əlinin haqqına and verirəm, qəlblərimizi onun məhəbbəti ilə doldur və bizi onun dostlarından qərar ver!
Behiştdə ət
Meyl və iştahaları olan heyvan əti, toyuq əti, özü də ki, Cənnətdə!
Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-dən nəql olunur ki, Mömin Cənnətdə öz taxtının üstündə oturur. Birdən dəvə boyda quşlar gəlirlər. Mömin onların ətindən yemək istəyən kimi quşlar o saat otururlar, quşun qanadları tökülərək kabab olur. Mömin onu yeyir, elə ki, doydu, əlhəmdü-lillah dedi, quş dirilir, uçur və quşların arasında iftixar edir.
Cənnət şərabı Allah zikrini və huşu artırır
Piyalənin içi içməli sularla doludur. İçməli sular nədir? Cənnətdə bir neçə cür içməli sular vardır. Birincisi bal, özü də ki, dünya balı kimi deyil. İkincisi süd, üçüncüsü su, dördüncüsü şərab, amma necə şərab! Dünyanın çirkin şərabı kimidir? Dünya şərabı insanın ən böyük qüvvəsi olan əql qüvvəsini bəşərin əlindən alır və insanlar məst, ağılsız, yırtıcı olurlar. Bu dünyanın şərabı huş və əqli işdən salır. Keyfiyyətli şərab Cənnətdədir. Bu dünyanın şərabı keyfiyyətli deyil. Əgər bir cam Cənnət şərabı içsən, huşun, şövqün və zikrin yüz qat artır. Elə ki, Mömin şərab içdi, huşu, məhəbbəti və dərrakəsi çoxalır. Möminlər bir-biri ilə o aləmin şərabının ləzzətləri ilə çoxlu müamilə edərlər, yəni bir-birinə Cənnət şərabı verərlər və alarlar. (Əlbəttə, bu dünyadakı kimi, dava etməzlər) "Yətənazəunə” (şəraba) şiddətli olmasına görədir. Elə buna görə də "yətənazəunə” kəlməsini işlətdi. Onların arasında çəkişmə və dava olmaz. Şərabı bir-birindən alıb, bir-birinə təklif edirlər, bir-birinin sağlığına içirlər.
"La ləğvun fiha və la təsimun”
"Yətənazəunə” kəlməsinin mənası bir-biri ilə savaşmaq, çəkişmək deməkdir. "Və la təsimun” yəni "və la hərəkatun təsimun”. Cənnət şərabı günaha, söyüşə, mənasız danışığa bais olmur. Bu məsələləri eşitməklə dərk etmək olmur. Bu eşitməli mətləblər deyil. Çünki, adam nə qədər ki, bu dünyadadır, bu dünya aləmində olan şeylərdən başqa heç nəyi dərk etmir. Halbuki, axirət aləmindəki varlıqlar başqa cür və başqa həqiqətdirlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər