İran prezidentinin səfərində şərab böhranı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-01-2016, 23:52 | Şərh sayı: (0) | Baxılıb: 277
İran prezidentinin səfərində şərab böhranı
Avropa turuna çıxan İran prezidenti Həsən Ruhaninin yemək ziyafəti söz-söhbətə səbəb olub.
ANS PRESS-in məlumatına görə, İran prezidentinin ilk səfəri İtaliyaya olub. O, rəsmi görüşlər zamanı açılan süfrəyə şərab qoyulmamasını istəyib. İtalyanlar Ruhaninin bu istəyini normal qarşılayaraq menyudan şərabı çıxarıblar.
Amma Həsən Ruhaninin şərabla bağlı eyni tələbi Fransada yaxşı qarşılanmayıb. Belə ki, İran prezidenti yanvarın 27-də Fransaya səfəri zamanı təşkil ediləcək dövlət ziyafətində şərab verilməməsini və süfrəyə yalnız halal qidalar qoyulmasını istəyib.
Bənzər vəziyyət ötən ilin oyabr ayında da yaşanmışdı. Fransız radio kanalının yaydığı məlumata görə, Ruhaninin bu istəyi Fransa dövlət prinsiplərinə zidd olduğu üçün nahar yeməyi təxirə salınaraq qəlyanaltı ilə əvəz olunub. Bu isə İran tərəfinin narazılığına səbəb olub. Bu yemək ziyafətini bəsit sayan İran nümayəndə heyəti onu qəbul etməyib.
Bu, İran prezidenti Həsən Ruhaninin “altılıq” ölkələri ilə nüvə razılığı əldə etdikdən və İranın üzərindən beynəlxalq sanksiyalar götürüldükdən sonra Avropaya ilk səfəridir.
Qərblə siyasi-iqtisadi əlaqələrin bərpa olunması məqsədi daşıyan səfər çərçivəsində Ruhani bu gün Vatikanda Roma papası Fransisklə görüşəcək. Daha sonra o, Parisə yola düşəcək və burda onun Fransua Olland, eləcə də Fransanın investorları, böyük sənaye sahibləri ilə görüşəcəyi planlaşdırılır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər