RSS
 

Login:
Şifrə:
» » Riyaziyyatdakı “x” (iks) məchulu necə yarandi?

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Riyaziyyatdakı “x” (iks) məchulu necə yarandi?

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 15-10-2016, 16:31 | Şərh sayı: (0) | Baxılıb: 294

Riyaziyyatdakı “x” (iks) məchulu necə yarandi?


Riyaziyyatdakı “x” (iks) məchulu necə yarandi? Bütün elmlərdə olduğu kimi, riyaziyyat elmində də ilkin və hamı tərəfindən qəbul edilən anlayışlar mövcuddur. Belə anlayışlardan biri də məchul məfhumudur. Müasir riyaziyyatda bilinməyən ədədi, yəni məchulu göstərmək üçün “x” (iks) hərfindən istifadə edirlər.

Beynəlxalq səviyyədə bu hərf məchulun simvolu kimi qəbul edilmişdir. Bütün ölkələrdə məchulu “x” hərfi ilə ifadə edirlər. Bəs, bunun səbəbi nədir? Niyə başqa hər hansı hərf deyil, məhz “x” hərfi məchulu göstərir? Bu qayda nə zamandan mövcuddur? Və nəhayət, məchulu ifadə edən “x” (iks) hərfinin müsəlmanlarla hansı əlaqəsi var?

Sən demə, hələ orta məktəbin riyaziyyat fənnindəki tənliklərdən bizə tanış olan “x” (iks) simvolunun müsəlmanlarla birbaşa əlaqəsi vardır. Mövzuya keçməzdən əvvəl bunu xatırlatmaq istərdim ki, müasir riyaziyyat elminin əsas bölmələrindən biri olan cəbr və ən mühüm riyazi anlayışlardan olan alqoritm də öz adına görə müsəlmanlara borcludur. Miladi IX əsrdə yaşamış görkəmli müsəlman alimi Mühəmməd ibn Musa əl-Xarəzmi riyaziyyat, coğrafiya, astronomiya kimi elm sahələrində misilsiz bilik sahibi olmuşdur. Təsadüfi deyil ki, Xarəzminin ixtira etdiyi alqoritm anlayışı bu gün onun özünün adını daşıyır. Belə ki, əl-“Xarəzmi” adını Avropa alimləri öz kitablarında “alqoritm” şəklində qeyd etmişdilər. Xarəzminin riyaziyyat mövzusunda ən məşhur əsəri olan “Kitab əl-müxtəsər fi hesab əl-cəbr və-l-müqabələ” kitabı orta əsrlərdə Avropada ən çox oxunan, öyrənilən və tədris edilən riyaziyyat dərsliyi sayılırdı. Qeyd edək ki, dünya miqyasında istifadə edilən “algebra” termini də “əl-cəbr” sözünün latınlaşdırılmış variantıdır.

Məlumdur ki, müsəlmanların elmi naliliyyətləri orta əsrlərdə əsasən Əndəlus əmirliyinin vasitəsilə Avropaya ötürülürdü. Avropanın asilzadə ailələrinin övladları, elm adamları Əndəlusa axışır, burada müsəlmanlardan bilik əldə edirdilər. Əndəlus əmirliyindəki elm mühitinin dili ərəb dili sayılırdı. Avropa xalqları müsəlman alimlərin kitabları ilə ya birbaşa ərəb dili, ya da ispan dilinin vasitəçiliyi sayəsində tanış olurdular. Belə ki, bu kitablar çox zaman Əndəlus əmirliyinin yerləşdiyi Pireney yarımadasının yerli əhalisinin dili olan ispan dilinə tərcümə edilir, daha sonra başqa dillərə çevrilirdi. Aşağıda qeyd edəcəyimiz məsələ də ispan dilinin orfoqrafik quruluşu ilə birbaşa bağlıdır.

Riyaziyyatdakı “x” (iks) məchulu necə yarandi?


Ərəb dilində qələmə alınmış riyaziyyat kitablarında məchulu bildirmək üçün “şey” (şey’un) kəlməsindən istifadə edirdilər. Bu kitabları ispan dilinə çevirən tərcüməçilər belə bir çətinliklə üzləşdilər: ispan dilində “ş” səsini ifadə edən hərf yoxdur. Ona görə də tərcüməçilər məchulu bildirmək üçün üsul tapmağa çətinlik çəkirdilər. Əvvəlcə belə qərara alındı ki, “şey’un” sözündəki “ş” hərfini ispan dilindəki “ck” hərf birləşməsi ilə əvəz etsinlər. Bu isə qalın “k” hərfini ifadə edirdi. Yunan əlifbasındakı “kay” hərfi də eyni səsi bildirir. Bu hərfin yazılışı indiki “x” hərfini müəyyən qədər xatırladırdı. Ona görə də tərcüməçilər rahatlıq naminə “ck” birləşməsini yunan əlifbasındakı “kay” hərfi ilə əvəz etdilər. Amma orta əsrlərdə bütün kitablar son mərhələdə latın dilinə tərcümə edilirdi. Xüsusilə, Avropada müsəlmanların hərbi-siyasi, elmi-mədəni gücü zəiflədikdən, axırda isə bütün müsəlmanlar qitədən qovulduqdan sonra müsəlman irsinin latın dilinə tərcüməsi sürətləndi. Latın dili Avropanın universal elm dili idi. İndiki ingilis dili hansı universallığa malikdirsə, latın dili də eyni statusu daşıyırdı. Beləliklə, tərcümə prosesində yunan əlifbasının “kay” hərfi latın əlifbasının “x” (iks) hərfi ilə əvəz edildi. Məchulu bildirmək üçün ərəb dilindəki “şey” (şey’un) kəlməsinin ilk hərfinə əvəz olaraq latın əlifbasının “x” hərfindən istifadə etməyə başladılar. Sonrakı əsrlərdə də bu ənənə davam etdi. Hal-hazırda da beynəlxalq elmi ədəbiyyatda məchulu “x” (iks) hərfi ilə ifadə edirlər.

Sən demə, əsrlərdir beynəlxalq səviyyədə istifadə edilən “x” simvolunun yaranmasının səbəbi... ispan dilində “ş” səsinin olmaması imiş...



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor