RSS
 

Login:
Şifrə:
» » Şərqin tanınmış alimlərinin əsas elmi işləri

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Şərqin tanınmış alimlərinin əsas elmi işləri

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 7-04-2016, 23:17 | Şərh sayı: (0) | Baxılıb: 334

Şərqin tanınmış alimlərinin əsas elmi işləri


Şərqin tanınmış alimlərinin əsas elmi işləriX əsrdə Misirdə Qahirə, İranda Rey və İsfahan rəsədxanaları, Orta Asiyada “Məmun Akademiyası”, Bağdadda “Beytül Hükamə” Şərqdə böyük elm mərkəzləri kimi fəaliyyət göstərirdi.

X əsrdəki Qahirə rəsədxanasının banisi və elmi rəhbəri İbn Yunis (1009-cu ildə vəfat etmiş) olmuşdur və onun ümumi rəhbərliyi altında həmin rəsədxanada “Zic Əl-Kəbir” adlı astronomiya kataloqu tərtib edilmişdi. Adı çəkilən astronomiya kataloqu haqqında “Zic Elxani” əsərində Tusi tərifli fikirlər söyləmişdir.

Zəmanəsinin tanınmış alimi Əbdürrəhman ben Ömər Əbdül Hüseyn Əl Sufi (903-986) Rey şəhərindəki rəsədxananı təsis etmişdir. Orada aparılan müşahidə işləri səmərəli olmuş və onların əsasında ulduzlar kataloqu tərtib edilmişdir. Bu kataloq 1874-cü ildə Peterburqda Şellerup tərəfindən “Decreption des etoiles fixes” (Sabit ulduzlar siyahısı) adı ilə nəşr edilmişdir.

Əl Sufi bir çox dəyərli əsərlərin müəllifidir. Rey rəsədxanasında onunla birlikdə, sekstant adlı astronomiya cihazının qurucusu məşhur alim Xocəndi işləmişdir.

X əsrin ikinci yarısında Orta Asiyanın Xorezm dövlətində Xorezmşah II Məmun tərəfindən “Məmun Akademiyası” təsis edilir. Həmin dövrdə Xorezm dövlətinin mədəni və təsərrüfat həyatında böyük yüksəliş yaranır və Urgenc, Kyat kimi böyük şəhərlər təşəkkül tapır. Həmin şəhərlər bütün Orta Asiyada öz zəngin kitabxanaları olan mədəniyyət və elmi mərkəzləri ilə məşhur idilər.

Məmun Akademiyasında Biruni, Əbu Əli ibn Sina, Əbu Nəsr İraqi, Xocəndi, Əbu Səhl Məsihi, Əbul Həsən Həmmar və Biruninin müəllimləri olmuş Həraçi və Həmdaki kimi alimlər fəaliyyət göstərmişdilər.

Əbu Reyhan Mühəmməd ben Əhməd əl-Biruni (973-1048) Kyat şəhərində Əbu Nəsr Mənsur ibn Əhməd ibn İraqinin yanında oxumuş, elə ilk astronomik müşahidələrinə də həmin şəhərdə başlamışdır. Biruni 22 yaşına çatanda doğma Kyat şəhərini tərk edib Qurqana (Curcana) gedir və elə həmin dövrdə də özünün çox məşhur olan “Əl əsrar”, “Əl baqiyə”, “Qədim xalqların xronolojisi”adlı əsərini yazır. Bu kitabda bir çox xalqların mədəniyyət, incəsənət və ədəbiyyat tarixləri haqqında, onların təqvimləri, adətləri, bayramalrı və s. haqqında çox geniş məlumatlar verilmişdir.


Həmin kitab Biruniyə böyük şöhrət qazandırır və Xorezmşah II Məmun alimi təsis etdiyi Akademiyaya dəvət edir. O, burada yeddi il işləyir. Məmun Akademiyası, Mahmud Qəznəvi 1017-ci ildə Xorezmi zəbt edənə qədər fəaliyyət göstərmişdi.
Mən, H. Məmmədbəylinin “Mühəmməd Nəsirəddin Tusi” əsərindən iki abzasa toxunmaq istəyirəm. “Xorezm işğal olunan kimi Məmun Akademiyasının bəzi alimləri Xorezmdən qaçmağa imkan tapmışdılar. Amma başqaları Biruni ilə birlikdə həbs edilmişdi. Onu islam dini əleyhinə çıxmaqda müqəssir hesab edirdilər. Saray adamlarının vasitəsilə Biruni həbsdən azad edilir və az bir zamanda Mahmud Qəznəvinin sarayında ən sevimli alim olur. Özünün astronomiya əsərlərindən birini o, Mahmud Qəznəvinin oğlunun şərəfinə “Məsud Qanuni” adlandırır. Mahmud Qəznəvi və onun oğlu Biruninin bilik xəzinəsindən çox istifadə edirdilər.
Bir dəfə türk ölkəsinin elçisi Sultan Mahmud Qəznəvinin yanına gəlib, şimal qütbünə yaxın bir uzaq ölkədə gördüklərini söylədi ki, orada Günəş həmişə üfüq üzərində durur, gecə isə heç yoxdur. Sultan buna inanmadı, çünki bu o dövrün etiqadının əksinə gedirdi və bu barədə əbu Reyhanın fikrini soruşdu. Biruni bu hadisəni o qədər aydın və inandırıcı tərzdə izah etdi ki, Sultan ona inandı və elçiyə çoxlu hədiyyələr verdi” (H.C.Məmmədbəyli. Mühəmməd Nəsirəddin Tusi, Bakı, "Gənclik", 1980, səh. 21-22).
Mahmud Qəznəvi Hindistanın şimalına yürüş edir və Birunini də özü ilə aparır. Qısa müddət ərzində alim sanskrit dilini mükəmməl surətdə öyrənərək, Hindistan xalqlarının elmi nailiyyətləri və adətləri ilə tanış olur. Biruni sanskrit dilini o qdər səlis öyrənir ki, həmin dildə elmi əsərlər yazır, ərəb və fars dillərinə və əksinə, həmin dillərdən sanskrit dilinə tərcümə edir.
Biruni Hindistana gəlməmişdən əvvəl bu ölkədə riyaziyyat və astronomiya elmləri lazımi qədər inkişaf etmişdi. Orada triqonometriya da öyrənilmişdi. 1860-cı ildə ingilis dilinə “Surya-Siddxanta” adlı astronomiyaya dair hind əsəri tərcümə edilir. Bu əsərin tərtib olunma dövrü bizim eranın IV əsrinə təsadüf edilir. Başqa bir “Siddxanta Çiromani” adlı əsər Baskar Akaria tərəfindən XII əsrdə yazılmışdır.
Həmin əsərlərin dəqiq tədqiqi ilə Renaud, Albrext Veber, Morits Kantor və başqaları məşğul olmuşdular. Sonradan məlum olub ki, hindlilərin riyaziyyatla və astronomiya ilə bağlı olan bilikləri yunanlardan keçmişdir.
Alimin Hindistanda olduğu dövr elmi cəhətdən çox səmərəli olur, ona görə ki, onun tərəfindən sanskrit dilinə tərcümə edilmiş Ptolemeyin “Almagest” və Evklidin “Əsaslar” kitabı Hindistanda elmin inkişafında əhəmiyyətli rol oynamışdır.

Biruninin 1030-cu ildə yazdığı “Hindistan” kitabı olduqca qiymətli bir əsərdir və həmin kitabın yarısı (səksən fəsildən qırxı) hindlilərin astronomiya biliklərinə aiddir. “Hindistan” kitabını Biruni belə adlandırmışdı: “Hindlilərə” mənsub olan əql tərəfindən qəbul və rədd edilən təlimlərin izahı olan kitab”. Alimin həmin əsəri haqqında məşhur rus şərqşünası Bartold yazmışdı ki, o öz qəlbində yeganədir və onun bərabəri qədim və orta əsrlərin elmi ədəbiyyatında yoxdur.
Həmin kitab 1887-ci ildə Londonda ərəb dilində və növbəti ildə ingilis dilinə tərcümə edilmişdi.
Biruninin elmi irsi zəngin və rəngarəng olduğundan, onun qələmindən çıxan qiymətli əsərlərinin kiçik siyahısını göstərmək maraqlı olar.
1. Dağın başından görünən üfüqün enməsinin müşahidəsi əsasında yerin ölçülərinin təyin edilməsi.
2. Astronomiya cihazları və onlardan istifadə etmək.
3. Astrolyabiyanın hazırlanmasının müxtəlif yolları.
4. Ulduz xəyallarının proeksiya olunması.
5. Kometalar.
6. Göy hadisələrinin tədqiqi məsələsinə dair.
7. Günəş hərəkətinin yoxlanması səyi.
8. Evklidin işləri barəsində qeydlər.
9. Ptolomeyin astronomiyasına qeydlər.
10. Xorezminin astronomiyaya aid işləri haqqında.
11.Ərəblərin Yerin hərəkəti haqqında nəzəriyyəsinə dair.
Biruni özünün elmi şücaəti sayəsində müsəlman ruhaniləri tərəfindən edilən arasıkəsilməz hücumlarına baxmayaraq, heliosentrik sistemin əsas müdafiəçiləridən biri olmuşdur. Haqlı olaraq o, geosentrik sistemini astronomiyanın əsası hesab edənlərin və bu sistemin çıxarılması ilə astronomiyanın məhv olması fikrini yürüdənlərin əleyhinə qarşı amansız mübarizə aparırdı.
O, deyirdi: “Yerin hərəkətsiz durması təlimi astronomiyanın əsaslarından biridir, bu isə hind astronomlarının ehkamlarından biridir. Bu, astronomiyada böyük çətinliklər törədir”.
Biruni göstərir ki, Yerin fırlanması heç də astronomiyanın əhəmiyyətini azaltmır. Doğrudan da, bu qəbildən olan hər cür astronomiya hadisələri həmin müvəffəqiyyətlə bu nəzəriyyə əsasında izah oluna bilər.
Adı çəkilən alimin elə elmi ixtiraları var ki, bir neçə əsr keçəndən sonra tanınmış alimlər həmin ixtiraları təkmilləşdirməyə səy göstərmişdilər. Lakin onun elə bir kəşfləri olub ki, həmin elmi işlər mütəxəssislər tərəfindən lazımi qədər diqqət yetirilməmişdir. Müasir dövrdə Azərbaycanın görkəmli alimi professor R. Hüseynov Biruni haqqında deyir: “Şərq aləmində Yerin fırlanması haqqında XI əsrdə məşhur Orta Asiya alimi Biruni astronomiyanın bir çox sahələrində fəaliyyət göstərməklə yanaşı, onun astronomiya haqqında traktatları - “Qanunlar kitabı” - çıxıbdır, həmin qanunlarda çox qəribə fikir söylənilibdir; Yerin öz oxu ətrafında fırlanması astronomiyanın heç bir müddəalarına zidd deyil”.2
Lakin hər iki məşhur alimdən əvvəl Şeyx Məhəmmədəli Babakuhi Bakuvi Kainatın heliosentrik quruluşu haqqında fikri yürütməklə astronomiyada dönüş yaratmağa çalışmışdır. Bu fərziyyə Nikolay Kopernikin bu sahədə kəşfindən 500 il əvvəl yürüdülmüşdü.
Bu fikri Şərqin başqa bir məşhur alimi Nəsirəddin Tusi də söyləmişdir və həmin elmi fikrə alman məxəzlərində rast gəlmək olardı. Lakin naməlum səbəblərdən həmin elmi araşdırılma sona çatdırılmamışdı.
Deməli, Yerin tərpənən olduğunu məşhur Polşa alimi Nikolay Kopernikdən (1473-1543) əvvəl Şərq astronomları söyləmişdilər. Nikolay Kopernikin vəfat etdiyi ildə, 1543-cü ildə “Göy sferalarının dolanmaları haqqında” əsəri çapdan çıxmışdır. Bu əsərində Kopernik hər şeydən əvvəl özünün heliosentrik sistemini şərh etmişdi. Bu sistemə əsasən dünaynın mərkəzində tərpənməz Yer deyil, öz oxu ətrafında fırlanan Günəş yerıləşir. Yer başqa planetlər kimi həm Günəşin ətrafında, həm də öz oxu ətrafında fırlanır.
Yazçı-tədqiqatçı Ramiz Dəniz
(Ardı var)



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor