Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB |
Müəllif: Admin | Bölmə: Slide, Xanimlar üçün, Hicab | Vaxt: 23-04-2024, 19:50 | Şərh sayı: (0) | Baxılıb: 180
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Yalan: Başımı örtmək istəyirəm, amma qabaqcadan buna əmin olmalıyam. Cavab: Quranda bu haqda qəti əmir var, məgər bu, səni qanə etmir?
Yalan: Örtünməli olduğumu bilirəm, ancaq gələcəyimi dədüşünməliyəm. Cavab: Gələcək ölümdür, heç onu düşündünmü?
Yalan: Allah məni başı açıq olsam belə, yenə sevəcək. Cavab: Səni sevsə də, sənə günahkar qulum deyəcək və sən Onun yanında günahkar bir bəndə olaraq qalacaqsan
Yalan: Bası örtülüyəm, ancaq ailəm məktəbə getməyim üçün başımı açmağımı istəyir. Cavab: Unutma! Ailən səni cəhənnəm atəşindən xilas edə bilməyəcək.
Yalan: Heç gənc yaşda da insan başın örtərmi? Yaşlananda örtərəm. Cavab: Sabah ölməyəcəyinə dair əlində bir sənədin varmı?
Yalan: Yenidən başımı açacağımdan qorxduğum üçün örtünmürəm. Cavab: Əvvəl örtün, sonra bu haqda fikirləşərsən.
Yalan: Sərbəstliyimin əlimdən alınacağından qorxduğum üçün başımı örtmək istəmirəm. Cavab: Allahın hüzurunda sərbəst ola biləcəksənmi?
Yalan: Gözəlliyimi hamı görsün deyə, örtünmək istəməmişdim. Cavab: Kaş ki, bu gözəlliyini öz həyat yoldaşına nümayiş etdirəydin!
Yalan: Başımın açıq olması məni dindən çıxartmır. Cavab: Dindən çıxmasan da, günahkarsan. Üzərində israr edilən günah isə sahibini daha da uçuruma yuvarlayar.
Yalan: Qismət! Bir gün görərsən, biz də başımızı bağlamışıq. Cavab: InşaAllah! Amma tələs. Unutma ki, ölüm gözləmədiyin bir anda səni yaxalayacaq.
Yalan: Məktəb və universitetdə tələbə yoldaşlarıma dini təbliğ etməli olduğum üçün başımı açmalıyam. Bununla da dinimə xidmət edəcəyəm (Bu hal hicaba vurulan
zərbələrin ən təhlükəlisidir!) Cavab: Deməli, özünə xidmət etmək istəmirsən
Yalan: Başı örtülü qızlar istənilən səviyyədə başqalarına nümunə ola bilmirlər. Cavab: Sən ört və onlara nümunə ol!.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər