RSS
 

Login:
Şifrə:
» » Vaxtımızın qədrini bilək

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Vaxtımızın qədrini bilək

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 19-04-2024, 21:53 | Şərh sayı: (0) | Baxılıb: 219

Vaxtımızın qədrini bilək


Vaxtımızın qədrini bilək Saat əqrəbinin hər bir hərəkəti ömrümüzdən daha bir saniyəni itirdiyimizi xəbər verir. Saniyələr dəqiqəyə, dəqiqələr saata, saatlar günə çevrilir. Günlər aylara, aylar illərə dönür. Bax, beləcə, saat əqrəbi köhlən at kimi ömrümüzü tərkinə alıb aparır. Bir bayatıda deyildiyi kimi, Gündə bir kərpic düşür Ömrümün sarayından. Çox zaman cüzi miqdarda pulumuzu itirəndə kədərdən, narahatçılıqdan özümüzə yer tapa bilmirik. Amma qızıldan, gümüşdən daha dəyərli olan vaxtımızın bihudə və birdəfəlik ötüb keçməsinin fərqinə varmırıq… İslam müqəddəslərinin hədislərində buyurulur ki, vaxt – möminin itkisidir. Mömin olan şəxs həmişə zamanın qədrini bilməli, vaxtını lazımınca dəyərləndirməlidir. Çünki hər bir hərəkətin uğur və bərəkət qazanması öz vaxtında görülməsindən asılıdır. Öz vaxtında və yerində görülməyən işin qiyməti olmaz. Atalar sözündə deyildiyi kimi, su eyni yerdən bircə dəfə axar. Buna görə də Allah tərəfindən verilmiş imkan çərçivəsində fürsəti qənimət bilməli, hər bir hərəkəti etməzdən əvvəl ölçüb-biçməli, yanlış addımlardan çəkinməliyik. İkinci dəfə eyni fürsəti əldə edə biləcəyimizə zəmanət yoxdur. İslam peyğəmbəri Həzrəti Muhəmməd Peyğəmbər (s.ə.s.) öz sadiq səhabəsi Əbu Zərrə nəsihətində buyururdu: “Ey Əbu Zərr, beş nemətin qədrini itirməzdən əvvəl bil: qocalmazdan əvvəl cavanlığın, xəstələnməzdən əvvəl sağlamlığın, kasıblıqdan əvvəl varlılığın, məşğulluqdan əvvəl bekarlığın və ölməzdən əvvəl diriliyin qədrini. Ey Əbu Zərr! Bu günün işini sabaha qoyma! Sən bu günün əlindəsən, sabah isə hələ sənə məxsus deyil. Əgər sabaha sağ çıxsan, bu günkü kimi yenə vəzifələrin olacaq və həmin vəzifələri yerinə yetirməli olacaqsan. Əgər sabaha sağ çıxmasan, bu gün elə et ki, “Niyə filan əməli dünən etmədim?” – deyə peşmançılıq çəkməyəsən. Ey Əbu Zərr! Çoxları gecə düşənə kimi yaşamağa fürsət tapmayıblar. Və çoxları sabahın intizarında olub, amma səhərə çıxmayıblar”. Unutmamalıyıq ki, ömür bizə bircə dəfə verilir. Bu ömür sonrakı axirət həyatı üçün bir sınaq meydanıdır. Etdiyimiz əməllərə, vaxtımızı həsr etdiyimiz işlərə görə Ulu Yaradanın qarşısında cavab verəcəyik. Və o zaman ömrümüzün hər bir saniyəsinə, hər bir dəqiqəsinə görə bizdən hesab çəkiləcək. O zaman nəinki pislik etdiyimiz adamlar bizdən şikayət edəcəklər, hətta günah işlərə məcbur etdiyimiz bədən üzvlərimiz də bizim əleyhimizə şəhadət verəcək. Məsələn, əllərimiz söyləyəcək ki, onlarla filan günah işi görmüşük; dilimiz şahidlik edəcək ki, filan vaxt onu yalan danışmağa məcbur etmişik; ayağımız xəbər verəcək ki, filan günah iş dalınca getmişik və s. və i.a. Hədislərdə buyurulub ki, Allah-Təala gözəldir və gözəlliyi sevir. O, insanı Yer üzündə özünə xəlifə (canişin) olaraq yaradıb. İnsan bədəninin hər bir əzası, ruhunun hər bir mərtəbəsi yalnız və yalnız xeyir əməllərə, savab niyyətlərə hesablanıb. Dilimiz Allahı zikr etmək, Allahın bəyəndiyi söhbətləri danışmaq, qulaqlarımız Allaha xoş gələn sözləri eşitmək, gözümüz Allahın razı qaldığı mənzərələri seyr etmək üçün yaradılıb. Bunları günah əməllərə sərf etmək ən azı insafsızlıq, daha doğru desək, insanın öz-özünə zülm etməsi deməkdir. Allahın əmanət verdiyi bu nemətlərdən öz təyinatına uyğun istifadə etməyənlər barəsində Qurani-kərim belə buyurur: “Həqiqətən, insan ziyan içindədir” (Əsr, 2). Həzrəti Əli (ə) şeirlərinin birində insan həyatının nə qədər qısa olduğunu və bu həyatın xeyir əməllərə sərf edilməsinin vacibliyini belə vurğulayır: “Əgər insan 60 il yaşayırsa, bu müddətin yarısını yatmaqla keçirir və savab iş görə bilmir. Qalan yarı hissəsinin yarısında da azyaşlı və təcrübəsiz olduğu üçün, sağı soldan, yəni yaxşını pisdən seçə bilmir. O biri yarısının üçdə birini var-dövlət toplamağa, çörək pulu qazanmağa və ailəsinə sərf edir. Yerdə qalan hissə də xəstəlik, qocalıq və ölüm qorxusu ilə keçir. Həyat dediyim bu qayda ilə keçir, Deməli, ömrünün uzunluğu ilə öyünən adam həqiqətən nadandır…” İslam tarixinə nəzər salsaq, həm müqəddəs İslam Peyğəmbərinin, həm imamların, həm də böyük övliya və alimlərin öz vaxtlarına nə qədər məsuliyyətlə yanaşmalarının şahidi olarıq. Bir çox müsəlman alimləri gündəlik saatlarını bölüşdürərkən, elmi fəaliyyətə hər vasitə ilə daha çox yer ayırmağa çalışırdılar. Bu gün Təbəri, İbn Kəsir, İbn Əsakir, Xətib Bağdadi, Əllamə Məclisi, Şeyx Bəhai kimi məşhur din alimlərinin elmi irsini araşdırarkən, haqlı olaraq heyrətlənirik. Bu alimlərin yazdığı əsərlərin həcmi o qədər böyükdür ki, insan bu qədər kitabın bir nəfər tərəfindən təkbaşına yazıldığına şübhə edir. Aşağıda təsvir edilən hadisə müsəlman alimlərinin vaxtdan səmərəli şəkildə istifadə etməyə nə qədər önəm verdiklərini sübuta yetirir: İslam tarixində ən məşhur alimlərdən və ən məhsuldar müəlliflərdən sayılan Əllamə Hilli yaşadığı Nəcəf şəhərini müvəqqəti tərk edib, Kərbəla ziyarətinə gedir. Onun Nəcəfdəki dərsləri bir müddət dayanır. Ziyarəti başa vurub, geri dönəndən sonra alimin oğlu onun arxasında namaz qılmaqdan imtina edir. Əllamə Hilli bunun səbəbi ilə maraqlananda oğlu cavab verir: “Dinimizdə elmlə məşğul olmaq vacib, ziyarətə getmək isə müstəhəbdir. Sən müstəhəb əməl xatirinə vacibi tərk etdin. Bu, sənin ədalətli olmadığını göstərir. Ədaləti olmayan imam-camaatın arxasında namaz qılmaq düzgün deyil”. Alim bu sözləri eşidəndə yanındakı bir əlyazmanı götürüb oğluna göstərir və deyir: “Oğlum, mən ziyarət zamanı da elm və bilikdən ayrı düşməmişəm. Bu kitabı ziyarət vaxtı yazmışam”. Həzrəti Əli (ə) hər bir insana müraciətlə buyurub: “Gecə və gündüz səndən ötrü dövr edir. Onlar sənin ömrünü yeyir, sən də çalış, onlardan bəhrə götür. Vaxtdan bəhrə götürməyin yeganə yolu isə onu Allahın istədiyi əməllərə sərf etmək və Allahın bəyəndiyi kimi yaşamaqdır. Xeyir əməli sabaha saxlama. Çünki sabah belə bir fürsəti təkrar əldə edə biləcəyinə zəmanət yoxdur. Pislik etməyə tələsmə. Çünki sabah həmin səhvi düzəltməyə vaxt tapa bilib-bilməyəcəyini yalnız Allah bilir”. Həzrəti Əli başqa bir nəsihətində isə belə buyurur: “Ey insanlar! Dünya – keçid yeri, axirət – qalan yerdir. Keçid yerindən əbədiyyət məkanına azuqə aparın. Sizin sirrlərinizi bilən Allahın yanında sirr pərdələrini yırtmayın. Bədəniniz dünyanı tərk etməzdən qabaq, ürəyinizi dünyadan kənara çevirin. Siz dünyada sınağa çəkilirsiniz, əslində başqa bir aləm üçün yaradılmısınız. İnsan öləndə adamlar deyirlər: “Özündən sonra nə qoydu?”. Mələklər isə soruşurlar: “Özündən əvvəl nə göndərdi?”. Allah ata-babalarınızı bağışlasın! Ölməmişdən qabaq var-dövlətinizin bir hissəsini möhtac insanlara verin; xeyir-bərəkətiniz bundadır. Malınızı bu dünyada qoyub getməyin; bu, sizin ziyanınızadır”.


Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor