İxlas surəsinin son ayəsini “və ləm yəkulləhu” kimi tələffüz etmək düzgündürmü? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 9-05-2016, 19:49 | Şərh sayı: (0) | Baxılıb: 327
İxlas surəsinin son ayəsini “və ləm yəkulləhu” kimi tələffüz etmək düzgündürmü?
Sual: İxlas surəsinin son ayəsini “və ləm yəkulləhu” kimi tələffüz etmək düzgündürmü?
Cavab: Qurani-kərimin səhih qiraət üsullarından bəhs edən təcvid elmində belə bir qayda vardır: “Nun sakin” hərfindən sonra “lam” və daha bir neçə başqa hərf gələrsə, “nun” hərfi tələffüz olunmur, “lam” hərfi isə qoşa səslə tələffüz edilir. Yəni “nun” hərfi itir və öz yerini “lam” hərfinə verərək onu şiddətləndirir. Buna təcviddə “idğam” deyirlər. Beləliklə, ayənin yazılışı “yəkun ləhu” şəklində olduğu halda, “yəkulləhu” formasında tələffüz edilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər