8-ci sinif "Azərbaycan dili" dərsliyi tələblərə cavab vermir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 1-10-2015, 19:28 | Şərh sayı: (0) | Baxılıb: 758
8-ci sinif "Azərbaycan dili" dərsliyi tələblərə cavab vermir
Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış və bu tədris ilində nəşr edilərək 8-ci sinif şagirdlərinin istifadəsinə verilmiş "Azərbaycan dili" dərslik komplektinin nəşrəqədərki maketinin qiymətləndirilməsində iştirak edən qurumlardan biri də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) olub.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2015-ci ilin əvvəlində dərsliyin maketi TQDK-nın ekspertləri tərəfindən "Dərsliklərin qiymətləndirilməsi meyarları" əsasında dərsliyin və "Müəllim üçün metodik vəsait"in məzmununun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından təhlil edilərək, rəy hazırlanıb.
Maketin qeyd edilən meyarlar üzrə tələblərə cavab vermədiyi rəydə göstərilib və rəy Təhsil Nazirliyinə göndərilib.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər