İspan şirkətindən Azərbaycana qarşı təxribat... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 20:00 | Şərh sayı: (0) | Baxılıb: 242
İspan şirkətindən Azərbaycana qarşı təxribat...
İspaniyanın "Gikron" şirkəti dünya siyasi mənzərəsinin 5000 min il ərzində necə dəyişməsi haqqında xüsusi interaktiv xəritə hazırlayıb.
Şirkətin saytında yerləşdirilən yeni xəritədə bütün dünya dövlətləri və onların sərhədləri haqqında məlumat verilib.
Maraqlı orasıdır ki, şirkətin hazırladığı xəritədə Azərbaycan və Yaxın Şərq tarixi ilə bağlı bir sıra təhriflərə yol verilib. Məsələn, Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin olduğunu qəbul edən şirkət yeni xəritəsində Səfəvi türk dövlətinin adını Persia kimi təqdim edir.
Üstəlik, qədim dövr tarixində Ermənistanın eradan əvvəl 189-cu ildə dənizdən-dənizə hakim olduğunu, bunun bizim erada da davam etdiyini göstərir.
Xəritənin başqa bir yanlışlığı Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan ərazisinin bir qismini Ermənistan, digər bir qismini isə İran torpağı kimi göstərməsidir. Üstəlik, eyni dövrdə Zaqatala, Şəki, Balakən və Qax əraziləri Gürcüstan torpaqları kimi təqim edilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər