“Nümunə təfsiri” hansı kitabdır və Azərbaycan dilinə tərcümə edilibmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 20-09-2016, 11:47 | Şərh sayı: (0) | Baxılıb: 375
“Nümunə təfsiri” hansı kitabdır və Azərbaycan dilinə tərcümə edilibmi?
Sual: “Nümunə təfsiri” hansı kitabdır və Azərbaycan dilinə tərcümə edilibmi?
Cavab: “Nümunə təfsiri” kimi tanınan irihəcmli əsər günümüzün məşhur din alimlərindən olan Ayətullahül-üzma Nasir Məkarim Şirazinin rəhbərliyi altında bir qrup tədqiqatçı alimin kollektiv zəhmətinin məhsuludur. Kitab 27 cilddən və bir cildlik fehristdən (mövzu göstəricisindən) ibarətdir. “Nümunə təfsiri” sadə, anlağıqlı üslubda qələmə alınmışdır və Quran ayələrinin mənası barədə ümumi məlumat almaq istəyən şəxslər üçün faydalıdır. Kitabın yazılmasında onlarla klassik təfsirdən istifadə edilmişdir ki, bunların arasında həm əhli-sünnə, həm də şiə təfsirləri yer alır. Məsələn, əl-Mizan, Məcməül-bəyan, Tibyan, Bürhan, Ruhül-bəyan, Alusi, Qurtubi, Fəxr Razi təfsirləri və s. Bu irihəcmli təfsir fars dilində yazılmış və müxtəlif dillərə tərcümə edilmişdir. Təəssüf ki, kitab tam şəkildə dilimizə tərcümə olunmamışdır. “Nümunə təfsiri”nin ayrı-ayrı hissələri (Fatihə, Bəqərə, Ali-İmran, Nisa, Maidə, Yasin və s. surələr) kitabçalar şəklində dilimizə çevrilmişdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər