RSS
 

Login:
Şifrə:
» » Orta Əsrlər şərqində elm akademiyaları

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Orta Əsrlər şərqində elm akademiyaları

 
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 4-12-2015, 22:09 | Şərh sayı: (0) | Baxılıb: 398

Orta Əsrlər şərqində elm akademiyaları


Orta Əsrlər şərqində elm akademiyaları


Fəlsəfi məktəb adı ilə məşhur olan Akademiya Qədim Yunanıstanda (e.ə. VI əsr) Afinada Platon tərəfindən təşkil olunmuşdur. "Akademiya" sözü özü də qədim Yunanıstanın mifik qəhrəmanı Akademin adı ilə bağlıdır. Sonralar bu ad altında müxtəlif fəlsəfi məktəblər, cəmiyyətlər, ayrı-ayrı elmlərin fəaliyyətini istiqamətləndirən idarələr və s. nəzərdə tutulur. Hal-hazırda müxtəlif ölkələrdə bir çox kənd təsərrüfatı, incəsənət, tibb, hərbi, texniki və s. akademiyalar mövcuddur.

Tarixə nəzər saldıqda görürük ki, ilk dəfə akademiya haqqında təsəvvürün qədim Yunanıstanda yaranmasına baxmayaraq, akademiyaların sonrakı geniş inkişafı orta əsrlərdə Şərqdə olmuşdur. Platonun özünün Yunanıstanda yaratdığı ilk akademiya lazımi dərəcədə effektli olmadığından, öz-özünə aradan götürülür.

489-cu ildə Bizansda məşhur elmi, tibbi, fəlsəfi təfəkkürün mərkəzi olan Edessa akademiyaları imperator Zeninin əmri ilə bağlanır. Bunun ardınca 529-cu ildə yenə Bizans imperatoru Afinada olan akademiyanı bağlayır. Bu akademiyalarda çalışan dahi alimlər Orta Şərqə üz tutur və orada yeni akademiyalar yaratmağa kömək edirlər. Bunlardan birincisi Sasanilər dövründə Nəsibin şəhərindəki böyük fəlsəfi məktəb idi. Bu məktəb xüsusilə riyaziyyat, astronomiya, tibb və s. elmləri inkişaf etdirməyə başlayır. Tarixi məlumatlara əsasən VI əsrin sonlarında bu akademiyada minə yaxın elmi işçi var idi. Bunların sırasına Aristotel və Platon təlimlərinin ardıcılları da daxil idi.

Lakin Şərq alimlərinin özləri də bu böyük yunan alimlərinin fikirlərini sadəcə qəbul etməyib onları inkişaf etdirərək yeniləşdirmişlər. Hətta məlumdur ki, qədim Yunanıstanın özündə də elm və mədəniyyəti inkişaf etdirən alimlərin içərisində Şərqdən olanlar az olmamışdır. Məsələn, Afina Akademiyasının sonuncu rəhbəri Dəməşqdən olan Damask adlı alim idi. Hərçənd ki, o, İsgəndəriyyə və Afinada elmə yiyələnmişdi, Aristotel və Platonun ardıcıllarının bir çox fikirlərinin əleyhinə çıxırdı. Elə onun mütərəqqi fikirləri Afinada akademiyaların bağlanmasına və alimin var-yoxunun əlindən alınmasına səbəb olmuşdu. Oradan bu alim Ənuşirəvanın yanına gəlib, onun köməyi ilə dövrün ən böyük akademiyalarından biri olan Cündişapur Akademiyasını yaradır (VI-VII əsrlər). Bu, Xuzestan əyalətində indiki Düzful şəhərinin yaxınlığında yerləşirdi. Burada böyük kitabxanalar var idi. Həmin Akademiyanın bir sıra elmi və tarixi abidələri bizə gəlib çatmışdır. Bu akademiya antik Yunan, Roma elm və mədəniyyətinin, xüsusilə tibb sahəsində Şərqdə davamı idi.

Lakin heç şübhəsiz, Şərqdə elmin və elmi akademiyaların inkişafı İslam dövründə öz apogey nöqtəsinə çatmış, bu günə qədər bütün dünyanı heyran qoyan, Avropa intibahına belə təkan verən əsərlər məhz bu dövrdə yaranmışdır.

VII əsrin 30-40-cı illərində İslam xilafətinin formalaşmasından sonra Suriya, daha sonralar Fələstin, Misir, İraq və başqa Orta Şərq ölkələrində elmi mərkəzlər, xüsusilə Abbasilər dövründə - VIII əsrdən başlayaraq Şərqdə yeni böyük akademiya - Bağdad Akademiyası formalaşır. Bu akademiyada tibb ilə bərabər astronomiya, riyaziyyat, həndəsə və bir çox digər fənnlər öyrənilirdi. Qərbdə bu zaman kimya haqqında heç bir məlumat olmadığı halda, Bağdad Akademiyası bu haqda böyük nailiyyətlər əldə etmişdi. Burada çalışan alimlər (Zəkəriyya Razi, Cabir) həm canlı, həm də cansız orqanizmdə olan maddələr mübadiləsini öyrənirdilər. Onların fikrincə, kimya elmi üçün mümkün olmayan heç bir şey yoxdur. Əl-kimya adı ilə məşhur olan bu fənndə Bağdad Akademiyasında yeni metodlar yaranır, olan metodlar təkmilləşdirilir, çoxlu elmi əsərlər yazılırdı. Distilyasiya, ekstraksiya, filtirasiya, buxarlandırma üçün yeni cihazlar hazırlanırdı. Burada çalışan kimyaçıların əsərlərində Lavuazyenin "Heçdən bir şey əmələ gəlmir" və Nyutonun yerin çazibə qüvvəsi qanununa oxşar fikirlər çoxdur. Bu böyük işlərin hamısına əsas rəhbərlik edən dahi alim Zəkəriyya Razinin (850-974) rolu olduqca böyükdür. O, ilk növbədə spirti şəkərli maddələrdən qovmaq vasitəsilə alır. Onun başçılıq etdiyi məktəbdə müasir tibbdə geniş istifadə olunan alkoloidlər, qlikozidlər alınır. Elə alkoloidin adı da ərəb sözü olub, "alkali", yəni "qələvi" deməkdir. Bu məktəbdə hələ o zaman bilmirdilər ki, alkoloidlər turşular ilə birləşib duzlar əmələ gətirir.

Zəkəriyya Razinin kimya elmi ilə bu qədər yaxından tanış olması tibbdə mürəkkəb dərman maddələri alınmasına kömək edir. O, kimya elmini yaxından bildiyi üçün toksikologiya fənnini yaradır. Cabirin (721-815) maddələrin dozası haqqında təliminin burada rolu boyükdür. Elə Cabirin işləri nəticəsində müasir elmdə geniş tətbiq olunan "Çəki daşları", "Ölçü vahidləri" haqqında təsəvvür yaranır. Razinin fizika haqqında da işləri böyükdür. O, Demokritin atomlar haqqında nəzəriyyəsini inkişaf etdirərək yazır: "Düzdür, bütün maddələr kiçik atomlardan əmələ gəlir, lakin hər atomun özünün müəyyən çəkisi və bəlkə də müəyyən tərkib hissələri vardır".

Bağdad Akademiyasının nəzdində böyük kitabxanalarla bərabər, rəsədxanalar, fizika və kimya laboratoriyaları, böyük klinikalar var idi. Orada ən boyük klinikanı təşkil edib ona rəhbərlik edən Zəkəriyya Razinin ozü idi. Maraqlıdır ki, bu klinikada eksperimental laboratoriyalar var idi. Hamısında iki yüzdən çox elmi işçi fəaliyyət göstərirdi. Bağdad Akademiyasının tibb fakültəsinin nəzdində daimi fəaliyyət göstərən həkimlərin təkmilləşdirilməsi üçün xüsusi kurslar var idi. İlk dəfə Bağdad Akademiyasında cəbr elmi yaranır ("Alqebra", yəni "Əl-cəbr"). Ömər Xəyyam bunun ardınça ilk növbədə cəbr ilə həndəsənin əlaqəsini yaxından öyrənir. Xəlifə Məmunun dövründə dahi alim Xarəzmi özünün məşhur "Cəbr" adlı əsərini yazır. Bu kitab uzun illər boyunca şərq və qərbdə bu elmin öyrənilməsi üçün əsas mənbə sayılırdı.

Dərmanlar haqqında olan təlimlər əczaçılıq və dərmanşünaslığa bölünmüşdu. Bağdad Akademiyasının nəzdində birinci dəfə olaraq tərcüməçilər məktəbi yaranır. Bu məktəbin əsas vəzifəsi müxtəlif ölkələri gəzmək, orada elmin müxtəlif sahələrinə aid olan əsərləri tapmaq və onları ərəb dilinə tərcümə etməkdən ibarət idi.

IX əsrin axırlarında Abbasilər xilafətinin zəifləməsi nəticəsində Yaxın və Orta Şərqdə Samanilər və Qəznəvilər dövləti yaranır. Bu dövrdə Buxara, Səmərqənd, Nişapur, Mərv, Xarəzm, Dəməşq, Bəsrə, İsfahan, Rey, Həmədan dünyanın elm və mədəniyyət mərkəzlərinə çevrilirlər. Həmin şəhərlərin akademiyalarının nəzdində böyük kitabxanalar mövcud idi. Məsələn, Okbatan Akademiyasında 65 mindən çox kitabın olması qeydə alınmışdır. Bu akademiyalarda fəaliyyət gostərən Zəkəriyya Razi, İbn Sina, İsmayıl Cürcani kimi tibbin klassik alimləri ilə bərabər elmin müxtəlif sahələrinə qulluq edən Farabi, Nasir Xosrov, Biruni, Qəzzali, İbn Rüşd, İbn Zöhr və başqalarının böyük xidmətləri olmuşdur. Bu alimlərin əksəri yunan dilini bilir və antik dövr alimlərinin əsərləri ilə yaxından tanış idilər, əsərlərinin bütün bölmələrində fəlsəfədən geniş istifadə edirdilər. Maraqlıdır ki, bu alimlər müasir elmin yeni sahələri haqqında da öz fikirlərini söyləmişdilər. Məsələn, Nasir Xosrov öz əsərlərində kibernetikanın mahiyyətini çox gözəl şərh edir: "Qanun-qaydaya riayət etmək, əlbəttə qanun-qaydasızlıqdan yaxşıdır. Amma qanun-qaydasızlıq olmasa qanun-qayda yaranmaz. Həyatda baş verən hadisələrin hamısı təkamülə doğru gedir. Hər bir yarımçıq - potensial tam deməkdir".

İbn Sinanın əsərləri bütün dünyada məşhurdur. İbn Sinanın müxtəlif akademiyalarda öz davamçıları ilə elmin müxtəlif sahələrində apardığı mübahisələr haqqında bir sıra miniatürlər bizə çatmışdır. Bu alimlərin hamısı yunan dilini yaxşı bilirdilər və yunan alimlərinin əsərlərini tərcümə etmişlər.

Farabinin elmlər haqqında təsnifatı indi də öz aktuallığını qoruyub-saxlayır. Əbu Reyhan Biruninin minerologiya və farmakologiya haqqında əsərləri bu elmlərin inkişafına güclü təkan vermişdir. Bu alim demək olar ki, həmin elmlərin tarixinin əsasını qoymuşdur.

Orta əsrlərdə Azərbaycanda yerləşən islami akademiyalardan Şamaxı, Təbriz, Ərdəbil, Marağa, Urmiyə və s.-ni göstərmək olar. Şamaxı akademiyasını ilk növbədə qeyd etmək lazımdır. Ona görə ki, bu, Azərbaycanda ilk akademiya sayılır. Onu təşkil edən məşhur Azərbayçan həkimi və alimi Ömər Osman oğlu idi. O özü həkim olduğu üçün, akademiyanın nəzdində böyük tibbi məktəb təşkil edir. Burada bir çox əcnəbi alimlər işləyirdilər. Hal-hazırda Şamaxının yaxınlığında olan Məlhəm kəndi həmin akademiyanın dərmanlarını hazırlayan əsas yer idi. Məlhəm adı ona görə verilmişdir ki, burada hazırlanan dərman formaları içərisində xüsusilə məlhəmlər yüksək keyfiyyətli olub xaricə satılırdı.

Ömər Osman oğlu xariçi mühitin faktorlarının insan fiziologiya və patologiyasında təsirinin öyrənilməsinə çox geniş yer verirdi. Bunların içərisində Günəşin tə'sirindən o qədər danışmışdır ki, onun doğulduğu yer indi də "Dədə Günəş" adı ilə məşhurdur. Ömər Osman oğlunun təşkil etdiyi akademiyanın nəzdində kimyaçılar da fəaliyyət göstərirdilər. Ömər Osman oğlu və onun davamçılarının elmdə əsas niailiyyətlərindən biri yalnız faktlara və müşahidələrə əsaslanmaları və onların dərin təhlilini vermələri idi. Demək olar ki, onun təşkil etdiyi akademiyanın tibbi şöbəsi birinci növbədə Azərbaycanda klinika tədqiqat metodlarını yaymağa başlayır. Əfsuslar olsun ki, zəlzələlər və yadellilərin hücumu nəticəsində Şamaxı Akademiyasından bizə gəlib-çatan əsərlər və abidələr məhduddur və əldə olan məlumatlar da lazımi dərəcədə tədqiq olunmamışdır.

Orta əsrlərin ikinci yarısında (XIII əsr) dahi Azərbaycan tarixçisi, reformatoru və eyni zamanda məşhur həkimi Rəşidəddin Təbrizdə ikinci böyük islami elmlər akademiyasını təşkil edir. Burada da dünyanın müxtəlif yerlərindən toplanmış alimlər işləyirdilər. Hətta Çindən, Misirdən, Hindistandan və Qərb ölkələrindən bura mütəxəssislər gəlir və onlar üçün bütün lazımi şərait yaradılırdı. Bu akademiyanın idarələrinin hamısı Təbrizin yaxınlığındakı "Rübe-Rəşidi" ("Rəşidi kvadratı") adlanan ərazidə yerləşirdi. Bu akademiyanın xarabalıqları indi də həmin yerdə durur. Burada o zaman alimlər küçəsi, alimlər evi, alimlərin işləməsi üçün geniş laboratoriyalar və s. mövcud idi. Bu akademiyada əsas yeri tibb, əczaçılıq, botanika tutmuşdur. Maraqlıdır ki, həmin akademiyanın yaxınlığında "Fəxrabad" adlı yerdə böyük botanika bağı varmış. Orada akademiyanın klinikalarında müalicə olunan xəstələr üçün indiki dildə desək, ekoloji cəhətdən təmiz, yüksək keyfiyyətli göy-göyərti və meyvələr becərilirmiş. Arxeoloji tədqiqatlar nəticəsində həmin botanika bağında xüsusi qablarda müxtəlif dərman bitkilərinin toxumlarının olması müşahidə edilmişdir.

Təbriz Akademiyasının nəzdində hələ o zaman 67 müalicə evi mövcud idi. Burada təşkil olunan ilk sağlamlıq müəssisəsi "Rəşidiyyə" adlanırdı. Burada 50 həkim və onların hər birinin beş köməkçisi var idi. Tibbin bir çox sahələri üzrə mütəxəssislər, hətta stomatoloqlar da burada hazırlanırdı. Akademiyanın nəzdində bir neçə aptek var idi. Burada işləyən həkimlərə yaşayış evləri verilirmiş.

Rəşidəddin xüsusilə Azərbaycan alimlərinə böyük qiymət verirdi. O, yazırdı ki, Aristotel və Platonun öz dövrləri var idi. İndi isə başqa dövrdür. Azərbaycanın dahi həkimlərindən Mahmud İbn İlyas və Mahzabəddin Təbrizi haqqında çox danışırdı.

Azərbaycanın o zamanki akademiyalarının sırasında Təbriz şəhərində dahi Azərbaycan münəccimi və həkimi Nəsirəddin Tusinin təşkil etdiyi böyük akademiya xüsusi yer tutur. Burada müxtəlif fənnlərin mütəxəssisləri iştirak edirmişlər. Tibbi sahəyə o vaxtki görkəmli Azərbayçan həkimi Əbdülməcid Təbib başçılıq edirdi. Maraqlıdır ki, onun əlyazma kitablarından biri olan "Dərmanlarla müalicə" əsəri Respublika Əlyazmalar Fondundadır. Burada sistemlər üzrə xəstəliklərin müalicəsi diqqəti xeyli cəlb edir. Ruhi xəstələrin xəstəxanada yerləşdirilib müalicə edilməsində onun böyük əməyi olmuşdur.

Təbriz Akademiyasının banisi Nəsirəddin Tusi məlum olduğu kimi, həm də həkim idi. İlk növbədə demək olar ki, tibbdə statistik metodun tətbiqi onun tərəfindən olmuşdur. Maraqlı burasındadır ki, Tusinin təşkil etdiyi Akademiyanın bəzi hissələri digər şəhərlərdə yerləşirmiş. Buna misal olaraq, bütün dünyada məşhur olan Marağa rəsədxanasını göstərmək olar. Marağa rəsədxanası Savalan dağının hündürlüyündə böyük bir düzənlikdə tikilmişdi. Onun nəzdində müəyyən laboratoriyalarla yanaşı, böyük kitabxana da var idi. Bu qədər böyük rəsədxananı Tusinin rəhbərliyi altında on iki il müddətində tikib başa çatdırmışlar.

Bir çox müasir alimlərin fikrincə, yeni riyaziyyat, astronomiya, həndəsə, fizika istiqamətlərinin yaranmasında Tusinin rolu olduqca böyükdür. Tusi Xəyyamın riyaziyyat haqqındakı fikirlərini inkişaf etdirib başa çatdırır. Tusinin etik fikirləri onun məşhur əsəri olan "Əxlaqi-Nasiri" kitabında cəmləşmişdir.

Nəsirəddin Tusinin təşkil etdiyi akademiyada baytarlığa da xüsusi şöbə ayrılmışdı. Bu dahi alimin "Fərəcnamə" əsəri bu məsələyə həsr edilmişdir. Tusi və onun tələbələrinin mədənlər, qiymətli daşlar və s. haqqında çalışmaları da diqqətəlayiqdir. Tusinin "Cavahirnamə" əsəri elə bu məsələləri əhatə edir. Nəsirəddin Tusinin təşkil etdiyi alimlər yığıncağı, müasir dildə desək, akademiyanın rəyasət heyəti Təbriz şəhərində yerləşirdi.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor