RSS
 

Login:
Şifrə:
» » Şərqdə astronomiya və coğrafiyanın təkmilləşməsi

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Şərqdə astronomiya və coğrafiyanın təkmilləşməsi

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-04-2016, 05:22 | Şərh sayı: (0) | Baxılıb: 377

Şərqdə astronomiya və coğrafiyanın təkmilləşməsi


Şərqdə astronomiya və coğrafiyanın təkmilləşməsiBiruni “Astrolaybiyanın hazırlanmasının müxtəlif yolları”, “Astronomiyada açar”, “Yer fırlanır, ya fırlanmır?”, “Hindistan”, “Ərəblərin Yerin hərəkəti nəzəriyyəsi haqqında” əsərlərində heliosentrik sistemin ideyalarını müdafiə edir.

Alim astronomiya müşahidələri ilə dərindən məşğul olmaq üçün, 995-ci ildə diametri 7,5 metr olan divar kvandrantını hazırlamış və qurmuşdu. Həmin cihaz vasitəsilə təyin edilən kəmiyyətlərdən biri ekliptikanın mailliyinin qiymətini əldə etməsidir. O, iki dəfə (995-996-cı və 1020-ci illərdə) ekliptikanın mailliyinin qiymətini təyin etməklə məşğul olmuş və bu müşahidələrin nəticəsində alim ekliptikanın mailliyi üçün 230 35/ 45// və 230 35/ 50// qiymətlərini almışdı.

H. Məmmədbəyli bu haqda belə yazır: “Günəş apogeyinin uzunluq koordinatını təyin etmək üçün Biruni yeni metod vermişdir. Biruni tərəfindən riyazi kartoqrafiya və coğrafiya sahəsində diqqətəlayiq əsərlər yazılmışdır. Yerin kürə şəklində olmasını iddia etmək, bəzi müəlliflərin göstərdiyi kimi heç də Biruninin elmi xidməti deyildir. Biruninin bu sahədə əsas xidməti Yerin ölçülərini təyin etmək üçün yeni bir üsul verməsidir” (H. C. Məmmədbəyli. Mühəmməd Nəsirəddin Tusi. Bakı, “Gənclik”, 1980. səh.25-26).
Həmin metodun mahiyyətini açıqlamaq üçün Biruni belə izah edirdi:
“Yer meridianı qövsünü ölçmək üçün mən yunan alimlərinin, hindlilərin və Məmun astronomlarının metodlarından fərqli olan bir metod vermişəm. Bu məqsədlə mən Hindistanda düzənliklər üzərində yüksələn hündür bir dağ tapdım. Həmin dağın təpəsindən mən Yer ilə Göyün birləşməsini, yəni, üfüq dairəsini cihazda (astrolyabiyada) tapdım ki, bu da şərq-qərb xətti istiqamətində idi. Bucağı təyin etdim ki, 34 idi. Mən dağın 652,05 dirsək təyin etmişdim”.
Alimin hesablamalarına əsasən yerin radiusu 12851369 dirsəyə, Yerin mühiti 80780039 dirsəyə, Yer mühitinin bir dərəcəlik qövsü isə 50,2 ərəb milinə bərabərdir.
Nallino və Şöy dirsəyin 0,493 metrə və ərəb milinin isə 4000 x 0,493 m = 1972 metr olduğunu təyin etmişlər.
Biruni bir dərəcəlik meridian qövsünün uzunluğunu 111,6 km. (müasir qiyməti 111,1 km.) təyin etmişdir.
Mütəxəsisslər bildirirlər ki, Biruni coğrafi uzunluğu təyin etmək üçün öz dövrünün texniki səviyyəsinə uyğun olan bir metod işlətməklə riyazi coğrafiyaya böyük hədiyyə vermişdir. Doğrudur, bu metod nəzəri cəhətdən tamamilə düzgündür, amma müşahidə xətalarının çox olması üzündən o dövrdə yaxşı nəticə verə bilmirdi.
İş ondadır ki, Biruni nəinki nəzəri olaraq coğrafi uzunluqlar fərqini tapmaq yolunu vermişdi, o, eyni zamanda Bağdad ilə Şirazın, Qurqanın, Qəznənin coğrafi uzunluqlar fərdini təyin edə bilmişdi.
Biruni bir çox şəhərlərin coğrafi uzunluq və enliklərinin cədvəlini tərtib etmişdi. Qeyd etmək lazımdır ki, başlanğıc meridian üçün o, özündən əvvəl təyin edilmiş meridianı qəbul etmişdir.
Tacik alimi H. U. Sadıqov Biruninin xidmətlərini qiymətləndirərək yazırdı: “Şərqin böyük alim astronomlarından biri olan Biruni astronomiya elminin bir çox sahələrində nəhəng işlər görmüşdü”.
Astronomiya sahəsinin qədim elm olduğunu inkar etmək olmaz. İş ondadır ki, astronomiya erkən orta əsrdə Şərqdə geniş yayılmış və onun incəliklərinin araşdırılıb üzə çıxarılmasında, müsəlman astronomları böyük səy göstərmişdilər. Yuxarıda göstərilibdir ki, həmin elm Azərbaycanda hələ Babakuhi Bakuvinin dövründə öyrənilib tədqiq edilmişdir. Hətta astronomiya Azərbaycanın şimal hissəsi sayılan Şirvanda daha tez inkişaf etmişdi. Buna sübut olaraq professor Eybali Mehrəliyevin ifadələrini göstərmək vacib olardı.
Riyaziyyat və nücum elminin inkişaf tarixinə dair əsərlərdə Şirvanda astronomiya elmi mərkəzinin olmasını və burada öz dövrü üçün yüksək səviyyəli tədqiqatlar aparılması barədə sistemli olmasa da, tez-tez ədəbiyyatda rast gəlmək olur. Buna inam ona görə ümidvercidir ki, Şirvan hələ IX-X əsrdən Xarəzmlə əlaqədə idi...
Astronom və şair Fələki Şirvani Kafiəddin nəslinin haqqında danışarkən onun ailə üzvlərinin yüksək vətəndaşlıq qayəsindən və bütün nəsil içərisində Vəhidəddin Şirvaninin (1100-1159 – R. D.) nücum və üsturlab sahəsində əvəzedilməz şəxs olmasından danışır (E. Mehrəliyev. Şirvan Elmlər Akademiyası. Bakı, “Çaşıoğlu”, 2000. səh. 52-53).

Əbu Əli ibn Sina (980-1037) Məmun Akademiyası təşkil edildikdə oraya dəvət edilmişdi.
Ümumiyyətlə, ibn Sina 29 fənn üzrə ən azı 450 kitab və elmi iş yazıb, lakin bizə çatanların sayı cəmi 274-dür.
İbn Sina o vaxt olan bütün elmləri tədqiq etmişdir. Fizika, həkimlik, filosofiya, riyaziyyat, həndəsə, biologiya, psixologiya, metafizika - bunlar hamısı İbn Sina vasitəsilə yenidən işıq üzü gördülər. İbn Sina mexanika ilə də maraqlanırdı və bəzi cəhətlərdən bu elmə bəzi dəyişikliklər yeritdi. O, çox-çox illər sonra kəşf edilən elementlərin xassə uyğunluğunu qeyri-ümumilləşdirilmiş halda vermişdi.
Onun astronomiya və riyaziyyat sahəsində yazmış olduğu əsərlərinin ümdəsi bunlardır.
1. Ekvatorun xüsusiyyətləri haqqında.
2. Biruninin on sualına cavablar.
3. Biruninin on altı sualına cavablar.
4. Yerin və Göyün surətləri haqqında.
5. Göy cisimləri və onların hərəkətləri haqqında.
6. İsfahanda müşahidə üçün hazırlanmış astronomiya cihazları haqqında.
7. Göy, ulduzlar və meteorlar haqqında.
İbn-Sina tibb elminin bütün sahələrinə dərindən nüfuz etmiş və elmi yeniliklər etmiş alimdir. O, hər bir doğulanın bir gün öləcəyini yaxşı bilirdi. Rübailərinin birində yazmışdı ki, “mən dünyanın yerdən tutmuş səma cisimlərinədək sirrlərini açmağa nail olsam da ölüm düyününü aça bilmədim”.
Məmun Akademiyasında çalışan alimlərdən biri də Orta Asiya alimi Biruninin müəllimi olmuş Hamis ben Əl Xəzər Əbu Mahmud Əl Xocəndidir. O, bir neçə elmi risalənin müəllifidir və astronomiya tarixində ən önəmlisi üsturlabın tətbiqi haqqında risalədir.
Xocəndi Tehranın yaxınlığındakı Rey şəhərinin rəsədxanasında çalışmışdır. O, diametri 80 dirsəyə (40m.) bərabər olan seksant (süds) adlanan cihazı icad etmiş və həmin cihaz vasitəsilə bucaqları 1 “dəqiqliyi ilə ölçmək mümkün idi. Bunun vasitəsilə Xocəndi eklipikanın mailliyini 230 32/ 21// qədərində, 2/ 01” dəqiqliyi ilə təyin etmişdi.
Xocəndi həmin müşahidələri haqqında belə yazır: “384-cü hicri ilində yaxud Yezdicürd erasının 363-cü ilində, özüm kəşf etmiş olduğum və süds fəxri adlanmış cihaz vasitəsilə biz Rey şəhərində müşahidələr apardıq. O diametri 80 dirsəyə bərabər dairə qövsündən ibarətdir. Mən onu Rey, Həmədan və İsfahanın hökmdarı olan Fəxriddövlənini şərəfinə “Süds fəxri” adlandırıram”.
Daha sonra o, yazır: “Xoşbəxt müşahidələr və qayğıkeş dəqiq hesablamaların bizi gətirib çıxardığı nəicələr bunlardır. Bu cihazla başqaları arasındakı fərq burasındadır ki, onların vasitəsilə ekliptikanın mailliyi dərəcə və dəqiqlikləri ilə ölçülürdü, biz isə dərəcə, dəqiqə və saniyələrlə ölçü aparırıq və beləliklə biz bir addım irəli atmış olduq”. Bu onu sübut edir ki, ekliptikanın mailliyinin dəyişən kəmiy-yət olduğunu ilk dəfə Xocəndi qeyd etmişdir. Hindlilər mailliyin artıq dəqiq qiymətini tapmışdılar (240).
Xocəndi qeyd edir: “Ptolemey onu 230 51/”, “İmtahan Zici”nin müəllifi (Həbəşül Hasid) 230 35/, mən isə 230 32/ 21// təyin etmişdim.
Kənar qiymətlər arasındakı fərq, yəni, hindlilərin və mənim aldığım qiymət arasindakı fərq yarım dərəcəyə çatır. Bu fərqin səbəbi cihazlar xətası ola bilməz. Bu halda biz gərək bir dəfə böyük, bir dəfə isə kiçik qiymət almalı idik və o həmişə bir istiqamətdə dəyişə bilməzdi.
Məmun Akademiyasının qabaqcıl alimlərindən biri Biruninin müəllimi olmuş Əbu Nəsr ibn İraqi (- 1035 ölüb) Məmun Akademiyası bərbad edilən vaxta qədər uzun müddət Xorezmdə yaşamış, ondan sonra elmi fəaliyyətini Mahmud Qəznəvinin sarayında davam etmişdir. O, astronomiya və riyaziyyat sahəsində bir çox əhəmiyyətli əsərlər yazmışdır.
Alimin astronomiya üzrə ən mühüm əsrləri bunlardır.
1. “Süni yolla astrolyabiyanın qurulması”.
2. “Evklidin XIII kitabının çətin yerləri barəsində”.
3. “Şah Zici”.
4. “Dəqiqələr cədvəli”.
Məmun Akademiyasında Əbu Əli ibn Sinanın müəllimi Əbu Səhl İsa ben Məsihi Qurqani də çalışmışdır. Astronomiyaya və təbabətə dair bir neçə elmi əsər yazan alim Mahmud Qəznəvinin qoşunlarının təqibindən səhrada gizlənərkən ölmüşdür.

Ömər ibn İbrahim Əl Xəyyam Qiyasəddin, Əbül Fəthi (1048-1123) 1074-cü ildə dostu Nizamülmülk Cəlaləddin Məlik şah Səlcuqinin sarayına dəvət etmişdi. Məlik şah İsfahan şəhərinə özünə paytaxt seçdikdən sonra orada rəsədxana təsis etmişdir.
Qarşıya astronomiya təqviminin islahatını həyata keçirməkdən ötrü rəsədxananın baş astronomu Ömər Xəyyam, astronomları isə Əbu Müzəffər Sfaranı və Məmun ben Əl Nəcəb əl Vəsiti təyin edilmişdi.
Fransız alimi Vopkenin sayəsində qərb alimləri Xəyyamı yalnız bir şair deyil, bəlkə də böyük alim kimi tanımağa başladılar.
Xəyyamın başçılığı ilə İsfahan rəsədxanasında “Zic Məlik Şahı” adlı astronomiya kataloqu tərtib edilmişdi. Həmin Zicin bir nüsxəsi Paris Milli kitabxanasında saxlanılır (əlyazma №5669). Kataloqda 100 ulduzun koordinatları verilmişdir.
Yazçı-tədqiqatçı Ramiz Dəniz



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor