MÜSƏLMANLARIN ELMİ NAİLİYYƏTLƏRİ |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 19-01-2016, 15:23 | Şərh sayı: (0) | Baxılıb: 343
MÜSƏLMANLARIN ELMİ NAİLİYYƏTLƏRİ

COĞRAFİYA
· Coğrafiyanın bir elm kimi ortaya çımasına təkan verənlər də müsəlmanlardır. Dünyanı qarış-qarış dolaşmış Övliya Çələbi (1611-1682), 29 il ərzində ölkələri, qitələri gəzmiş İbn Bəttutənin (1304-1369) səyahətnamələri misilsiz tarix və coğrafiya xəzinələridir.
· Biruni indiki Amerika barəsində əsrlərlə öncə xəbər vermişdir. Piri-Rəis (1465-1554) də öz “Kitabi-Bəhriyyə”sində Amerikanın varlığından bəhs etmişdir.
· Vasko da Qamaya (1450-1554) dünya səyahətində İbni Məcid (XV əsr) adlı bir müsəlman dənizçi yol göstərmişdir.
· İdrisi (1100-1166) 850 il bundan əvvəl müasir dünya xəritələrinə bənzər bir xəritə çəkmişdir. Piri-Rəisin Amerika xəritəsi mükəmməl bir vasitədir. Piri-Rəisdən 52 əvvəl Mürsiyəli İbrahim tərəfindən çəkilmiş Aralıq dənizi xəritəsi müasir ölçülərə tamamilə uyğundur.
BOTANİKA VƏ ZOOLOGİYA
· Orta əsrlərin ən böyük botaniki və əczacısı olmuş İbn Baytar (1190-1248) öz kitabında 1400-ə yaxın bitki və dərman növünün təsvirini vermiş, həmin əsər XVI əsrə qədər bu sahədə əsas elm mənbəyi olmuşdur.
· Dəmiri (1349-1405) adlı alim heyvanlar aləminin incəlikləri barədə yazdığı “Həyatul-həyəvan” əsəri ilə zoologiya elminə zənginlik gətirmişdir. İbni Əvvamın (XII əsr) kənd təsərrüfatına aid kitabları da orta əsrlərdə məşhur olmuşdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər