RSS
 

Login:
Şifrə:
» » Bin Ladendən müsahibə alan jurnalistdən tükürpədici AÇIQLAMALAR

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Bin Ladendən müsahibə alan jurnalistdən tükürpədici AÇIQLAMALAR

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-04-2016, 18:10 | Şərh sayı: (0) | Baxılıb: 198

Bin Ladendən müsahibə alan jurnalistdən tükürpədici AÇIQLAMALAR


Bin Ladendən müsahibə alan jurnalistdən tükürpədici AÇIQLAMALARTerrorçu Usama Bin Ladendən müsahibə alan, 18 ay Filippində terrorçuların girovluğunda qalan, Asiyadakı münaqişə bölgələrini 16 ildir araşdıran və analitik materiallar yazan təcrübəli media nümayəndəsi Baker Atyani "EurasiaDiary"-nin suallarını cavablandırıb.

Ixlas.Az lent.az-a istinadən "Jurnalistikada Müstəsna Cəsarət" mükafatına layiq görülən, hazırda nüfuzlu "Əl-Ərəbiyə" telekanalının Cənub və Şərqi Asiya üzrə bürosunun rəhbəri olan B.Atyaninin müsahibəsinin təqdim edir:

- Cənab Atyani, sizinlə müsahibəyə təxminən 15 il əvvələ qayıdaraq başlamaq istərdik. Dünya adi dövrlərindən birini yaşayır. İndi mövcud olan qaynar nöqtələrin əhalisi uzaq 2001-ci ildə hələ başlarına hansı bəlaların gələcəyini bilmədən normal həyatlarını yaşayırlar. Siz isə həmin dövr üçün kifayət qədər çətin tapılan və müəyyən qədər təhlükəli sayıla biləcək bir şəxslə müsahibə etməyə nail olursunuz. Bir nömrəli terrorçu, Ben Ladenlə həmin vaxt müsahibənin baş tutması həm sizdə, həm oxucularınızda, həm də dünya ictimaiyyətində necə təəssürat oyatdı?

- Sözügedən müsahibə 2001-ci ildə 11 sentyabr hadisələrindən cəmi səkkiz ay öncə reallaşdı. Əl-Qaidə tərəfdarları mənimlə özləri əlaqə saxladı və bildirdilər ki, rəhbərləri müsahibə vermək istəyir. Təbii, bu asan qərar olmadı və hazırlıqlar prosesi bir neçə ay çəkdi. Müsahibə üçün rəhbərliyin və redaktor heyətin də razılığı ilə Əfqanıstanın Qəndahar şəhərinə yola düşdüm. Müsahibədə səslənən ən vacib mesaj isə söhbət əsnasında Ben Ladenin yaxın həftələrdə Amerikanı və İsraili böyük bir sürprizin gözlədiyini bildirməsi oldu. Təəssuf ki, bu açıq-aydın 11 sentyabr hadisələrinə bir işarə idi.

- Həqiqətən çətin və təhlükəli həyat tərzi keçirən jurnalist olmusunuz. Həyatınızdakı ən maraqlı faktlardan biri Filippində özlərini İslam qruplaşması adlandıran terrorçular tərəfindən tutularaq 18 ay müddətində əsirlikdə saxlanılmanız olub. Şübhəsiz, belə uzun müddət əsirlikdə olub, daha sonra vacib jurnalistika fəaliyyətini davam etdirən dünyada sizin kimi az sayda jurnalist tapmaq olar. Sizcə, əsl araşdırmaçı jurnalist necə olmalıdır?

- Əldə etdiyimiz hər bir həqiqətə görə bizdən bir əvəz çıxılır. Bir jurnalist olaraq doğruları axtardığım üçün çox çətinliklərlə üzləşdim. Biz jurnalistlər belə çətin bir tapşırıqları öhdəmizə götürdükdə çox ehtiyatlı olmalı, hər incə detalı nəzərə almalıyıq. Çünki hazırda qaynar bölgələrin sayı artıb və onlar çox təhlükəlidir. Məsələn, Suriyada araşdırmaya göndərilmiş hər bir jurnalist ya hakim rejim qüvvələri, ya da müxalif hərbi qruplaşmalar tərəfindən hədəfə alına bilər. Elə buna görə də, həqiqət axtarışında olan jurnalistlər həm də təhlükəsizliklərini də nəzərə almalıdır.

- Baxmayaraq ki, dünyada münaqişələri tənzimləyəcək və onların həllinə çalışmalı olan kifayət qədər təşkilatlar var, qaynar bölgələr - münaqişələr artıb. Nə üçün beynəlxalq ictimaiyyət, qurumlar və fövqəlgüc dövlətlər bu münaqişələrin həllində ciddi həll yolu göstərə bilmir və ya göstərməkdən çəkinirlər? Münaqişənin günahkar tərəfini cəzalandırmır, əksinə, onun öz fəaliyyətini daha da genişləndirməsinə göz yumur. Niyə həmin təşkilatlar passiv və səmərəsiz fəaliyyət göstərirlər?

- Əsasən, beynəlxalq aktyorlar maraqları toqquşmadığı müddətcə hər hansı bir tədbir görmək ehtiyacı duymurlar. Suriya məsələsinə baxdıqda, görürük ki, son üç ilə qədər beynəlxalq ictimaiyyət bu münaqişəni dayandırmaq üçün heç bir addım atmırdı. Artıq təhlükə onlara da təsir etməyə başladıqdan sonra həll yolu haqqında düşünməyə vadar oldular . Bu regionda Rusiya, ardınca Türkiyə və ABŞ öz maraqlarına uyğun olaraq müdaxilələrə başladı. Bu mütləq bir qaydadır ki, beynəlxalq ictimaiyyət insani səbəblərə görə addım atmaqdan çəkindi. Təəssüf ki, bu acı həqiqət olaraq qalmaqdadır.

- Bu qaynar münaqişələrdən biri də təxminən 12 gün əvvəl yenidən alovlandı. Söhbət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən gedir ki, bir çox ekspertlər 12 gün əvvələdək onu dondurulmuş münaqişə hesab edirdilər. Amma zaman göstərdi ki, əslində o, donmayıb, sadəcə uzun atəşkəs dövrünün gərginliyini özündə tutub saxlayıb və hər an partlamağa hazır bombaya çevrilib. Siz bu münaqişənin həlli barəsində nə düşünürsünüz?

- Dağlıq Qarabağa nəzər salsaq görərik ki, onu dünyadakı fərqli münaqişə zonaları və həmin zonalardakı ssenarilərlə müqayisə etmək olar. Münaqişədə maraqlı tərəflər və vasitəçilər bir-birilərinə təzyiq göstərərək, öz siyasi istəklərinə nail olmaq istəyirlər. Sülh və əmin-amanlığı gətirmək əvəzinə, əslində maraqlar mübarizəsi aparırlar. Onların maraqları ilə sizin istəyiniz üst-üstə düşmədiyi müddətcə heç kəs sizi xilas etməyəcək. Dağlıq Qarabağ münaqişəsinin etnik, ərazi zəmində və ya başqa bir səbəbdən baş verməsini nəzərə almadan Ermənistana da dəstək olan və Azərbaycanın da yanında olan dövlətlər var. Öz siyasi maraqlarının ardınca qaçmağa davam edən, Ermənistan və Azərbaycana təzyiq etmək istəyən dövlətlər, vasitəçilər olduğu müddətcə Dağlıq Qarabağdakı gərgin vəziyyət qalmaqda davam edəcək. Bir sözlə, bu regiona sülh gəlməyəcək.

- Dünyanın gündəmini işğal edən bir nömrəli münaqişələrdən biri də məhz Suriya münaqişəsidir. Bu münaqişəyə çoxlu sayda dövlətlərin və beynəlxalq qurumların cəlb olunduğunu nəzərə alsaq, onu dünyanın hazırda bir nömrəli problemi də adlandırmaq olar. Siz Suriyadakı hazırki vəziyyət haqqında nə düşünürsünüz? Bu ölkədə baş verənləri necə şərh edə bilərsiniz?

- Suriyadakı münaqişənin son vəziyyətini bir cümlə ilə ifadə etmək olar: "Artıq hər kəs bilir ki,bu müharibənin hərbi yolla həll yolu mümkün olmayacaq".
Bütün tərəfər bilir ki, onlar oturmalı və ciddi danışıqlar aparmalıdırlar. Təbii ki, danışıqlar uzunmüddətli olacaq, lakin bu, artıq yeganə həll yoludur. Çünki Suriyadakı müharibə özünü ən pis formada göstərdi. Xeyli sayda günahsız mülki əhali öldü, şikəst qaldı və ya Suriyadan qaçmağa məcbur oldu. Avropanın indi üzləşdiyi miqrant problemi də məhz Suriyadan qaynaqlanır. Düşünürəm ki, danışıqlarla bir nəticəyə gəlmək və həll yolu tapmaq bir az vaxt tələb edəcək.

- Hərbi qruplaşmalar üzrə ixtisaslaşmış şəxs olaraq, hazırda Suriyaya cəlb olunmuş tərəflər və hərbi birliklər barədə nə deyə bilərsiz?

- Cəlb olunmuş qrupların dəqiq adlarını çəkmək çətindir. Lakin hər kəs bilir ki, bu münaqişədə aparıcı tərəflərdən biri Bəşər Əsədin prezidentliyinin hələ də hökm sürdüyü Suriya höküməti və onun hərbi qüvvələridir. Digər tərəfdən, şübhəsiz ki, müxalif qruplar, Suriya əhalisi üçün əlinə silah almış insanlar və özünü islam birlikləri kimi təqdim edən qruplaşmalar da var. Həmin qruplaşmaların bir qismi beynəlxalq ictimaiyyət tərəfindən terror qruplaşmaları olaraq qəbul edilir. Bütün bunlara baxmayaraq, hazırda beynəlxalq ictimaiyyət müxalif qrupların öz aralarında birləşərək Dəməşqlə danışıqlar massasına oturmaqda maraqlı olduqlarına şahidlik edir. Təbii ki, az əvvəl qeyd etdiyim, terrorist qruplaşmalar sözügedən danışıqlardan kənardadır. Bundan əlavə, münaqişəyə cəlb olunmuş beynəlxalq aktyorlar da var. Misal olaraq, ABŞ da daxil olmaqla, İran, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı hakimiyyətinin adlarını çəkə bilərik. Bir sözlə, Suriya uzun müddətdir ki, lokal qarşıdurma məkanından çıxaraq, qlobal maraqların toqquşduğu bir məkana çevrilib.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor