Dağlıq Qarabağda müharibə qorxusu beynəlxalq gücləri hərəkətə keçirdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-01-2016, 18:45 | Şərh sayı: (0) | Baxılıb: 261
Dağlıq Qarabağda müharibə qorxusu beynəlxalq gücləri hərəkətə keçirdi
Rusiya Xarici İşlər Nazirliyi 2015-ci ilin yekunlarına dair hesabatında Dağlıq Qarabağda gərginliyin artmasına xüsusi diqqət çəkib
Sergey Lavrovun müavini Qriqori Karasin təmas xəttində artilleriyanın işə düşməsini, iriçaplı silahlardan istifadə edilməsini münaqişəyə diqqətin artırılmasının vacib edən amillər olduğunu açıqlayıb: "Vəziyyət göstərir ki, Qarabağda sülh danışıqlarının ikiqat artırılması lazımdır. Rusiya cəbhədəki qarşıdurmadan olduqca narahatdır. Hesab edirik ki, tərəflər sülh üçün səylərini artırmalıdır. Həmçinin, onlar atəşkəs razılığına əməl etməlidir".
Q.Karasin Rusiyanın Minsk qrupunun üç həmsədr ölkəsindən biri olaraq, münaqişənin həllində aktiv səylərə təşəbbüs edir.
"Son zamanlar Azərbaycan və Ermənistan xarici işlər nazirləri rusiyalı həmkarları Sergey Lavrovla münaqişəyə dair məsləhətləşmələr aparıblar. Ümid edirik ki, yeni ildə sülh danışıqları davam etdiriləcək və hərbi vəziyyətə son qoyulacaq", - deyə rusiyalı diplomat bildirib.
Qeyd edək ki, ötən ilin 19 dekabr tarixində Azərbaycan və Ermənistan prezidentləri İsveçrənin Bern şəhərində görüşüblər. Lakin birinci şəxslərin təmasına baxmayaraq, təmas xəttində gərginlik azalmayıb. Xüsusilə Ermənistan tərəfinin təxribat hücumları səngiməyib. Azərbaycan ordusunun cavab atəşləri nəticəsində düşmən tərəfi böyük itkilər verib.
BMT Baş katibi Pan Gi Mun da münaqişədə gərginliyə son qoyulması çağırışını edib.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbin isə tərəfləri sakitliyə dəvət edib. O, Vaşinqtonun münaqişənin sülh yolu ilə həllinə sadiq olduğunu bəyan edib.
Görünən budur ki, beynəlxalq güclər Dağlıq Qarabağda müharibənin başlamasından narahatdırlar. Son günlər Rusiya KİV-nin bu ilin yanvarında müharibənin başlayacağına dair xəbərləri də bu fonda diqqət çəkir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər