"Terrorçular Ermənistan hökumətinin himayəsi altındadırlar" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-10-2015, 16:20 | Şərh sayı: (0) | Baxılıb: 423
"Terrorçular Ermənistan hökumətinin himayəsi altındadırlar"
Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-konsturktivliyi, aqressiyası Qafqaz regionunda böyük münaqişəyə səbəb olması təhlükəsini yaradır. Bu baxımdan dünya ictimaiyyəti yaxın gələcəkdə regionda böyük qarşıdurmanın qarşısını almaq üçün Dağlıq Qarabağ münaqişəsi haqqında ciddi düşünməlidir.
Bunu dailykarabakh-a müsahibəsində geosiyasi və beynəlxalq münaqişələr üzrə ekspert Malik Ayub Sumbal deyib.
Onun fikrincə, ATƏT-in Minsk qrupu uzun müddətdir ki, Dağlıq Qarabağ münaqişənin həlli üçün ciddi addım ata bilməyib: "Dağlıq Qarabağda keçirilən son qondarma "bələdiyyə seçkilər"i də BMT-nin münaqişə ilə bağlı qətnamələrinin açıq şəkildə pozulmasıdır".
Xarici ekspert hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ümumi regionun sabitliyini ciddi təhdid altına alır: "Ermənistan tərəfi hər gün atəşkəs rejmini 110 dəfədən çox pozur ki, bu da Ermənistanın regionda müharibə düşgünü olmasını göstərir. Yenə qeyd edirəm ki, regionda sülh və sabitliyə təhdidlər məhz Dağlıq Qarabağ münaqişəsi səbəbindən yaranır".
Malik Ayub Sumbal, həmçinin deyib ki, Azərbaycanın işğal edilmiş və nəzarətsiz qalan əraziləri terrorçular və digər ekstremist qruplar üçün bir məkana çevrilib: "Bu bütün Qafqaz regionunun və ətraf ərazilərin təhlükəsizliyinə ciddi təhdidlər yaradır. Bu mütəşəkkil cinayətkar qruplar Ermənistan hökumətinin himayəsi ilə fəaliyyət göstərirlər".
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər