Britaniyalı jurnalist: "Ermənistan liderləri insanlığa qarşı törətdikləri cinayətlərə görə mühakimə olunmalıdırlar" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-11-2015, 17:31 | Şərh sayı: (0) | Baxılıb: 285
Britaniyalı jurnalist: "Ermənistan liderləri insanlığa qarşı törətdikləri cinayətlərə görə mühakimə olunmalıdırlar"
Ermənistanın rəsmiləri törətdikləri vəhşiliklərə və müharibə cinayətlərinə görə Beynəlxalq Ədalət Məhkəməsində mühakimə edilməlidir. Dailykarabakh-ın verdiyi məlumata görə, bunu Böyük Britaniyadan olan jurnalist Şahid Qureşi "The London Post" saytında yazısında deyib.
O bildirib ki, bu yetərli olmadığı təqdirdə Azərbaycan Ali Məhkəməsi Dağlıq Qarabağ münaqişəsi zamanı soyqırım üçün məsul olan şəxsləri açıq mühakiməyə cəlb etməlidir. Çünki Ali Məhkəmənin cinayətlərin Azərbaycan torpağında baş tutduğuna dair yurisdiksiyası var. Jurnalist yazıda qeyd edib ki, Ali Məhkəmə Azərbaycan hökuməti vasitəsilə İnterpola Azərbaycan xalqına qarşı törədilmiş soyqırım və cinayət müharibələrinə cəlb olunmuş erməni liderlərinin həbs olunmasını tələb edən bildirişlər verməlidir.
Yazıda daha sonra vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsi bir gündə belə oyunun müqəddəratını həll edə biləcək beynəlxalq səviyyəli oyunçular üçün stolüstü tennis oyununa çevrilib.
Müəllif bildirir ki, 1994-cü il atəşkəs elan olunmasına baxmayaraq, ermənilər atəşkəs rejimini pozur: "Bəs beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət bu həllini gözləyən münaqişə barədə nə fikirdədi? Niyə Azərbaycan xalqına və onun ərazi bütövlüyünə qarşı edilən bu ədalətsiziliyə 20 ildən çoxdur ki göz yumulur?".
Yazıda da sonra vurğulanır ki, Yerevan rəsmi olaraq Ermənistanın münaqişəyə birbaşa cəlb olunduğunu inkar edir. Amma, bununla belə Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Azərbaycana qarşı düşmənçilik fəaliyyətlərinə cəlb olunduğunu təsdiq edən əsaslı sübutlar var. Hələ təkcə sənədləşdirilmiş faktların birində Azərbaycanın Kəlbəcər rayonunda gedən döyüş əməliyyatları əsnasında 555 nömrəli əlahiddə motoatıcı alayının komandirinə və əməliyyat qrupunun rəhbərinə ünvanlanmış içərisində döyüş təlimatları olan müharibə planları var idi. Bu sənəd Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi tərəfindən imzalanmışdı".
Qeyd edək ki, Şahid Qureş "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Münaqişə tərəfi Azərbaycan - həqiqətlər və reallıqlar" layihəsi zamanı Azərbaycanda səfərdə olmuşdu.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər