Ermənistanda xunta rejimi - dünya üçün ciddi mesaj |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-10-2015, 15:08 | Şərh sayı: (0) | Baxılıb: 412
Ermənistanda xunta rejimi - dünya üçün ciddi mesaj
"Azərbaycan müharibə şəraitində yaşayır, müharibə bitməyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Bunu artıq hamı görür, o cümlədən bu məsələ ilə məşğul olan vasitəçilər".
Prezident İlham Əliyev dünən Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu fikirləri səsləndirib.
Prezident müşavirədə Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı mühüm mesajlar verərək, ordu quruculuğu istiqamətində səylərin davamlı olacağı anonsunu verdi.
Prezidentin çıxışında diqqətçəkən məqamlardan biri təmas xəttindəki vəziyyətlə bağlı idi. Ölkə başçısı açıq şəkildə bəyan etdi ki, biz tam üstünlüyü əldə etmişik, düşmənə sarsıdıcı zərbələr vururuq, düşmənin bütün təxribatlarına layiqli cavabımızı veririk.
Prezidentin çıxışı Azərbaycanı zəif görmək istəyən, işğalçı Ermənistana və onun diktator rejiminə göz yuman, Dağlıq Qarabağ münaqişəsinə tarixi ədalət prinsipi ilə deyil, korporativ maraqlar baxımından yanaşan və ən nəhayət "demokratiya" adı ilə bazarlıq edib, dünyaya nihilizm yayan qüvvələrə layiqli mesaj oldu. Dövlət başçısının dünya liderləri, münaqişənin həlli ilə məşğul olan qurumlar üçün daha önəmli mesajını diqqətinizə çatdırıram: "Bu gün Ermənistanda hökm sürən xunta və diktatura rejimi Ermənistan xalqı üçün də təhlükəyə çevrilib".
Bəli, cənab prezident onları adı ilə çağırdı - xunta rejimi. Bu, hamını narahat etməlidir, həm beynəlxalq təşkilatları, həm də dünya liderlərini. Terrorizmin baş alıb getdiyi zamanda bu cür rejimlərin mövcudluğu region üçün təhdiddir.
ATƏT-in Mnisk Qrupu bir tərəfdən münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə danışıqlar apardığını bəyan edir. Bu fəaliyyət illərdir davam etsə də, ortada heç bir real nəticə yoxdur. BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı siyasətini ifşa edən dörd qətnaməsinə elə BMT-nin özündə etinasız yanaşırlar. Ermənistan prezidenti Serj Sarkisyan BMT-nin tribunasından Dağlıq Qarabağın tarixi Ermənistan torpağı olduğunu bəyan edir. Bütün dünyanın gözü qarşısında xunta rejiminin rəhbəri öz xislətinə uyğun olaraq, növbəti həyasızlığını edir. BMT-nin çoxsaylı qətnamələrinə, beynəlxalq hüquqa arxa çevirir. Beynəlxalq hüququ qorumalı olan təsisatlar isə onun siyasi riyakarlığına "dözüm" nümayiş etdirir.
Bəli, cənab prezidentin də söylədiyi kimi, Azərbaycan öz doğma torpaqlarını işğaldan azad etməyə qadirdir. Güclü, inkişaf edən Azərbaycanın qarşısında vətəndaşları ölkədən baş götürüb qaçan, əhalisi dözülməz həddə yaşayan, ölkəmizə pənah gətirən, daxildə vətəndaşların bütün hüquqlarını pozan və ən nəhayət, səfalət içərisində yaşayan Ermənistan dayanıb. O Ermənistan ki, bir gün belə qüdrətli Azərbaycan ordusu ilə mübarizə aparmaq iqtidarında deyil.
Düşünmək zamanıdır, cənablar!
Azər Niftiyev - Trend
Azərbaycan xəbərlər xidməti
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər