"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün..." |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-09-2015, 11:27 | Şərh sayı: (0) | Baxılıb: 426
"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün..."
"Hazırda Dağlıq Qarabağ münaqişəsinin həllində yaxın gələcəkdə dönüşə səbəb ola biləcək amil görmürəm. Əvvəllər də bildirmişəm ki, vasitəçilik prosesində dönüş əldə etmək üçün Azərbaycan və Ermənistan prezidentləri bir-birilərinə daha çox etimad göstərməlidirlər və prosesi irəli aparmaq üçün tələb olunan çətin qərarlar verməyi bacarmalıdırlar".
Milli.Az bildirir ki, bunu dailykarabakh-a açıqlamasında ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza bildirib.
Amerikalı diplomat bildirib ki, münaqişənin həlli üçün tərəflər ATƏT-in Minsk qrupu çərçivəsində ABŞ-dan və Fransadan güclü siyasi dəstək hiss etməlidirlər və bu dəstək ən yüksək hökumət səviyyəsində göstərilməlidir.
Metyu Brayza Qərb liderlərinin bu istiqamətdə fəallıq göstərməyə hazır olduğunu görmür: "Ancaq onlar bunu etməlidirlər. Qərb liderləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini Rusiya ilə gündəliklərinə qoymağa təkid etməlidirlər".
Sabiq amerikalı həmsədr hesab edir ki, Qərb liderlərinin başı Suriya, İŞİD, miqrantlar, qaçqınlar, Ukrayna böhranı və digər məsələlərə qarışmasına baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin həllini prioritet hesab etməlidirlər: "Bu böhranlı məsələlər kritik həddə çatdığı bir vaxtda, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazda yeni böhrana yol açmasına imkan verilməməlidir, çünki sonra bu məsələ daha təhlükəli vəziyyətə çatmaqla daha çox vaxt və səy göstərilməsini tələb edəcək. Bu baxımdan Qərb liderləri əvvəlcədən vasitəçilik prosesində daha çox səy göstərməlidirlər".
Metyu Brayza hesab edir ki, hazırki vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin həlli o qədər də çox vaxt və səy tələb etməyəcək, çünki münaqişənin həlli üçün "Madrid sənədi" formasında əsas prinsiplər artıq hazırdır və bu prinsiplər Azərbaycanı, Ermənistanı münaqişənin həlli üçün çərçivə razılaşmasına xeyli yaxınlaşdırır.
Amerikalı həmsədr hesab edir ki, münaqişə tərəfləri özləri irəliyə doğru konstruktiv və gözlənilməz addımlar atmaqla diqqəti cəlb etməyənə qədər Qərb liderləri, çətin ki, yuxarıda qeyd olunan amillərə diqqət yetirsinlər. "Lakin Qərb liderlərinin siyasi dəstəyi olmadan münaqişə tərəfləri üçün bu cür addımı atmaq olduqca çətindir. Beləliklə biz toyuq və yumurta dalanında qalırıq".
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər