Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirilib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-04-2016, 19:25 | Şərh sayı: (0) | Baxılıb: 198
Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Ermənistanın Ukraynadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib.
Ixlas.Az Trend-ə istinadən bildirir ki, aprelin 8-də Yerevanın yürütdüyü işğalçı siyasətin ifşa edilməsi məqsədilə Ermənistanın Ukraynadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib.
Aksiyada Kiyev şəhəri ilə yanaşı, Ukraynanın əksər böyük şəhərlərində yaşayan Azərbaycan diasporunun üzvləri də iştirak ediblər. Aksiyaya Ukraynada təhsil alan türkiyəli tələbələr və Krım tatarları da qatılıblar.
Ermənistan səfirliyinin qarşısında keçirilən aksiya Ukrayna kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Əllərində Ermənistanın işğalçı siyasətini ifşa edən plakatlar tutmuş aksiya iştirakçıları müxtəlif şüarlar səsləndiriblər ("Erməni əsgəri, ölmək istəmirsənsə, Qarabağdan rədd ol", "Qarabağ bizimdir, bizim olacaq, işğalçılığa son" və s.).
Aksiyada Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Ali Məclisinin sədri Akif Gülməmmədov, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, UAK-ın Dnepropetrovsk şəhər təşkilatının sədri Qurban Abbasov, "İşıq" dini cəmiyyətinin sədri Əbülfəz Qasımov çıxış ediblər.
Çıxışlarda Ermənistanın işğalçı siyasəti sərt şəkildə tənqid edilib. Bununla yanaşı, rəsmi Yerevandan Ermənistan qoşunlarının qeyd-şərtsiz işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, qaçqın və məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qaytarılması tələb edilib.
Ukrayna KİV-də işıqlandırılan məlumatlarda Ermənistanın dövlət terroru siyasəti yeritməsi və torpaqlarımızın işğalı mövzuları qabardılıb.
Aksiyada 400 nəfərə yaxın şəxs iştirak edib. Ermənistan səfirliyinin qarşısında keçirilən etiraz aksiyasında "Əhli-Beyt" təşkilatının sədri Əhməd Sabunçu, "Əhlül-Əl-Beyt" təşkilatının sədri Elçin Məmmədov və onların tərəfdarları da iştirak ediblər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər