Dağlıq Qarabağ münaqişəsi Ukrayna mediasının gündəmində |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-04-2016, 19:23 | Şərh sayı: (0) | Baxılıb: 238
Dağlıq Qarabağ münaqişəsi Ukrayna mediasının gündəmində

Ixlas.Az Trend-ə istinadən bildirir ki, reportaj "ICTV"nin müxbiri Taras Karniyuk tərəfindən hazırlanıb.
T.Karniyuk reportaj zamanı Ermənistan dövlətini sərt tənqid edib. Reportajda Ermənistanın Rusiyanın marionetkası olması qeyd olunub və rəsmi Yerevanın Krım yarımadasının Rusiya tərəfindən işğal olunmasını dəstəkləməsi xüsusilə vurğulanıb.
Bununla yanaşı, televiziya izləyicilərinə Ermənistanın işğalçı dövlət olması faktı çatdırılıb. Ukraynada geniş izləyici kütləsinə malik "Факты" proqramında yayımlanan reportaj vasitəsilə Ermənistanın yürütdüyü çirkin siyasət ifşa edilib.
"ICTV" televiziya kanalının rəhbərliyi yaxın zamanlarda T.Karniyuk daxil olmaqla, respublikamıza çəkiliş qrupunun göndərilməsi barədə qərar qəbul edib. T.Karniyukun Azərbaycanda hazırlayacağı reportajlar respublikamızın haqlı mövqeyinin Ukrayna ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli addım olacaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər