Rusiya müxalifəti Moskvada Ramzan Kadırov əleyhinə aksiya keçirəcək |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 20:16 | Şərh sayı: (0) | Baxılıb: 262
Rusiya müxalifəti Moskvada Ramzan Kadırov əleyhinə aksiya keçirəcək
Liberal yönümlü “Yabloko” Partiyasının (lideri Qriqori Yavlinskidir) fəalları Moskvada Çeçenistanın başçısı Ramzan Kadırovun istefası tələbi ilə aksiya keçirəcək.
Ixlas.Az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, etiraz aksiyası muxtar qurumun Moskvadakı nümayəndəliyi önündə nəzərdə tutulub.
Aksiyada partiyanın Moskva regional şöbəsinin sədri Sergey Mitroxin iştirak edəcək.
“Rusiya müxalifəti öz ünvanına səslənmiş ədəbsiz hədələrə cavabdan yayına bilməz. Piketdə biz Kadırovdan üzrxahlıq, Putindən isə onu postundan uzalaqlaşdırmağı tələb edəcəyik” – qeyd edib partiya rəsmisi.
O, analoji aksiyanın Prezident Administrasiyası qarşısında keçirilə biləcəyini də istisna etməyib.
Yada salaq ki, Ramzan Kadırov Rusiyada günü-gündən pisləşən iqtisadi vəziyyətdən müxalif qüvvələrin istifadə etməməsi üçün “xalq düşmənləri”nə qarşı Kremli 37-ci illər stilində ən sərt addımlar atmağa, hətta repressiyaya səsləmişdi.
Rəsmi Kreml isə müxalifəti vəziyyəti tündləşdirməməyə, “Kadirovun müraciətini diqqətlə oxumağa” çağırıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər