"Ermənistan işğal olunmuş torpaqları azad etməlidir" - Avstraliya parlamentində çağırış |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-11-2015, 20:00 | Şərh sayı: (0) | Baxılıb: 305
"Ermənistan işğal olunmuş torpaqları azad etməlidir" - Avstraliya parlamentində çağırış
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan əraziləri azad edilməlidir.
Trend-in məlumatına görə, bunu Avstraliya-Azərbaycan Parlament Dostluq Qrupunun sədri, deputat Lyuk Simpkins ölkəsinin parlamentində çıxışı zamanı deyib.
Deputat qeyd edib ki, 1992 və 1993-cü illərdə Ermənistan qanunsuz olaraq Azərbaycan ərazilərini işğal edib: "Bu əraziyə Dağlıq Qarabağ regionu və ətraf 7 rayon daxildir. Ermənistanın təcavüzkar siyasəti nəticəsində 350,000 min etnik azərbaycanlı Ermənistandan qovulub. Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal etməsi nəticəsində 750,000 mindən çox azərbaycanlı məcburi köçkün olub. 1 milyondan çox azərbaycanlı 20 ildən artıqdır ki, öz torpaqlarından, əmlaklarından və öz əcdadlarının məzarlarından ayrı düşüblər".
L.Simpkins bildirib ki, Birləşmiş Millətlər Təşkilatı bu işğalı tanıyıb və Ermənistanın yaratmaq istədiyi siyasi qurumu tanımır: "BMT-nin 4 qətnaməsi Ermənistanın işğalına aiddir. Mühüm məqam ondan ibarətdir ki, Avstraliya da qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır. Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərə dair mövqeyimizi nəzərə alaraq, Ermənistanın üç dinc azərbaycanlıya qarşı rəftarına parlamentin diqqətini cəlb etmək istərdim. 2014-cü ilin iyulunda 3 azərbaycanlı öz doğma torpaqlarını, işğal olunmuş əraziləri ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Onlar Kəlbəcər rayonundan olan Dilqəm Əsgərov, işğal altında olan Tərtər rayonundan Şahbaz Quliyev və Azərbaycanın işğal olunmuş Cəbrayıl rayonundan Həsən Həsənov olublar. Həsən Həsənov öldürülüb".
Deputat sonra deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ermənistan tərəfi ilə danışıqlara başlayıb, lakin bu addım uğurlu olmayıb: "Dilqəm Əsgərovun və Şahbaz Quliyevin dəqiq yeri və onların sağlamlıq vəziyyəti məlum deyil. Erməni mənbələrinin müxtəlif hesabatlarında bir çox uyğunsuzluqlar var. D.Əsgərov və Ş.Quliyevin təxribatçı qrup olmasına və insanları qətlə yetirməsinə görə mühakimə edilməsi doğru deyil".
L.Simpkins onu da bildirib ki, Avstraliya xarici işlər nazirindən bu məsələni Ermənistan qarşısında qaldırmağı xahiş edəcəyəm: "Şübhəsiz ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalı və Ermənistan D.Əsgərovu və Ş.Quliyevi azadlığa buraxmalıdır".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər