RSS
 

Login:
Şifrə:
» » Ermənistanın “mədən-sənaye dövləti” olmaq arzusu gözündə qaldı

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Ermənistanın “mədən-sənaye dövləti” olmaq arzusu gözündə qaldı

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 11:11 | Şərh sayı: (0) | Baxılıb: 247

Ermənistanın “mədən-sənaye dövləti” olmaq arzusu gözündə qaldı


Ermənistanın “mədən-sənaye dövləti” olmaq arzusu gözündə qaldı


Azərbaycanlı alim işğalçı ölkənin Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Təşkilatının İdarə Heyətinə üzv olmasına imkan verməyib
Qubad İbadoğlu: “Ən azı mötəbər bir təşkilat Ermənistanın işğalçı mövqeyini özünün bəyanatı ilə təsdiqlədi və Ermənistan qarşısında belə bir şərtlə çıxış etdi ki...”
Azərbaycan ərazilərini 25 ildən artıqdır işğal altında saxlayan Ermənistan ölkəmizə yüz milyardlarla dollar ziyan vurub. İşğal altında olan ərazilərin yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olması isə təcavüzkar ölkəni son illərin böhranlı vəziyyətlərində xilas edir. Ermənistan özü də həyasızcasına etiraf edir ki, işğal altındakı ərazilərdə onlarla xarici şirkətlər çalışır və bölgəyə yatırım qoyur.

Düzdür, bu şirkətlərin əksəriyyəti erməni diasporunun təsiri altındadır və ya birbaşa ermənilərə məxsusdur. Lakin şirkətlərin təmsil olunduğu ölkələrin siyahısına baxsaq, arada üçüncü dərəcəli ölkələrlə yanaşı, Qarabağ münaqişəsinin tənzimlənməsini üzərinə götürən həmsədr dövlətlərin də adını görmək mümkündür ki, bu da acı təəssüf doğurur. İşğalçı ölkə isə Azərbaycana məxsus sərvətlərin talan edilməsi prosesində onlardan da dolayısı ilə dəstək almış olur. Zəbt olunmuş ərazilərdə qızıl mədənlərindən tutmuş, mişar daşı yataqlarına qədər böyük ehtiyatlar var. Siyahıya ötəri nəzər salmaq kifayətdir.

Məsələn, Ağdərə rayonu ərazisində qızıl (Qızılbulaq yatağı), qurğuşun (Mehmana), mis, sink (Dəmirli, Canyataq-Gülyataq), Kəlbəcərdə qızıl (Zod, Ağduzdağ, Tutxum yataqları), civə (Ağyataq, Levçay, Şorbulaq, Ağqaya), Laçında civə (Çilkəz yatağı), Zəngilanda qızıl (Vejnəli) yatağı. Hələ bunlar siyahının bir qismidir. Təsəvvür edin, Ermənistan beynəlxalq hüquqa tüpürərək Azərbaycanın işğal olunmuş ərazilərindəki sərvətləri talamaqla yanaşı, həyasızcasına özünə “mədən-sənayesinə malik ölkə” statusunda beynəlxalq don geyindirmək istəyir. Lakin bir sıra hallarda işğalçı dövlətin cavabı verilir.

Necə ki, sonuncu dəfə İsveçrənin paytaxtı Bern şəhərində Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Təşkilatının İdarə Heyətində Ermənistanın təşkilata üzvlük üçün etdiyi müraciətə sərt cavab verilib. Bu barədə “Yeni Müsavat”a qurumun İdarə Heyətinin üzvü, iqtisadçı-alim Qubad İbadoğlu geniş məlumat verdi. Onun sözlərinə görə, işğalçı ölkənin Kəlbəcərdə qızıl hasilatına görə bu təşkilata üzvlüyünün əleyhinə çıxış edib: “Ermənistan da bu təşkilata üzv olmaq istəyirdi və hazırda da cəhdlərini davam etdirir. Bilirsiniz ki, Ermənistanın "əsas mədən sənayesi Kəlbəcərdə və Qarabağın işğal olunmuş digər ərazilərindədir. Mən Berndə keçirilən İdarə Heyətində bununla bağlı etiraz çıxışı etdim. Dedim ki, Ermənistanın bu şərtlər daxilində təşəbbüsə qoşulmasının əleyhinəyik.

Bizim etirazlardan sonra bir beynəlxalq və mötəbər bir təşkilat Ermənistanla danışıqlara başladı və Ermənistanın qarşısında şərt qoydu ki, bu ölkə təşkilata üzv olacağı təqdirdə onun açıqladığı hesabatda işğal altında saxladığı Azərbaycan ərazisindən çıxartdığı mədən sənayesi məhsullarından əldə etdiyi gəlirlər öz əksini tapa bilməz. Əslində bununla beynəlxalq təşkilat olaraq, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Təşkilatı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal etdiyini bir daha təsdiq etdi.

Eyni zamanda işğalçı dövlət qarşısında çox ciddi bir şərt qoydu ki, Ermənistan mövcud şərtlər daxilində həmin quruma üzv ola bilməz. Hər halda bizim bu istiqamətdəki cəhdlərimiz nəticə verdi. Beynəlxalq katiblik dəstək verdi, bizim mövqeyimizi dəyərləndirib bəyanatla çıxış etdi və Ermənistan hökuməti qarşısında şərt qoydu. Beləliklə, ən azı mötəbər bir təşkilat Ermənistanın işğalçı mövqeyinin özünün bəyanatı ilə təsdiqlədi və Ermənistan qarşısında belə bir şərtlə çıxış etdi".

Q.İbadoğlunun dediyinə görə, Ermənistan işğal olunmuş ərazilərdəki mədən sənayesindən əldə etdiyi gəlirləri gizlətməklə, yəni Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Təşkilatına təqdim etdiyi hesabata təqdim etməməklə də bu qurumda təmsil oluna bilməz: “Beynəlxalq təşkilatın qaydalarına görə, Ermənistanın fəaliyyəti auditor şirkətləri, müstəqil administratorlar tərəfindən yoxlamadan keçiriləcək. İlk növbədə bu ölkənin birinci hesabatı dəyərləndiriləcək. Əgər o hesabatda işğal altındakı ərazilərlə bağlı məlumatlar aşkar olunarsa, o halda Ermənistan avtomatik olaraq təşkilatın üzvlüyündən xaric olunacaq. Yəni Ermənistan Kəlbəcərdəki qızıl, yaxud Ağdərədəki mis mədənindən əldə etdiyi gəlirlərlə bağlı faktları özünün hesabatlarına daxil edə bilməz. Həmin ərazilər Azərbaycanın ərazisidir və həmin beynəlxalq təşkilat da bu bölgəni Azərbaycan ərazisi kimi tanıdığına görə İrəvan qarşısında şərt qoyur ki, siz işğalçılıq siyasəti nəticəsində bu torpaqlardan əldə etdiyiniz gəlirləri hesabata təqdim edə bilməzsiniz. Çünki Azərbaycana məxsus təbii sərvətlərin Ermənistan tərəfindən istismarı yolverilməzdir. Məsələ burasındadır ki, hələ Ermənistanın təşkilata üzvlüyü məsələsi həll olunmayıb. Üzv olacağı təqdirdə belə, əgər işğalçı ölkə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməzsə, - bunu da müstəqil auditor da çox asanlıqla aşkara çıxara biləcək, - o halda Ermənistan avtomatik olaraq təşkilatın üzvlüyündən xaric olunacaq”.

İqtisadçı-alim deyir ki, Ermənistan yalnız öz ərazisi çərçivəsində hesabatlar açıqlaya bilər, amma öz ərazisindəki təbii sərvətləri o qədər də geniş deyil: "Bu da sual yaradır ki, Ermənistan hansı təbii sərvətlərlə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Təşkilatına üz tutur? Əslində Ermənistan güvənirdi ki, Azərbaycanın işğal altında saxladığı ərazilərindəki sərvətlərin istismarı ilə bağlı məlumatları öz hesabatına daxil etməklə Ermənistanın da dağ-mədən sənayesinə malik olan ölkələrdən biri olduğunu və onun da müəyyən sərvətlərdən gəlirlər əldə etdiyini iddia edə biləcək. Ancaq sirr deyil ki, Ermənistan bu sahədəki gəlirlərin böyük hissəsini Azərbaycanın işğal etdiyi ərazilərdən, qızıl, mis mədənlərindən əldə edir". Q.İbadoğlu onu da qeyd etdi ki, indiki şəraitdə Ermənistanın bu təşkilata üzv qəbul edilməsi sual altındadır.



Azərbaycanlı alim məsələnin hər zaman onun diqqətində olduğunu və işğalçı ölkənin cəhdlərinin qarşısını daima almağa çalışacağını söylədi: “Mən çalışıram ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Təşkilatı Beynəlxalq İdarə Heyətində daimi olaraq Azərbaycanın maraqlarını müdafiə edim. İlk növbədə məqsəd ondan ibarətdir ki, Ermənistanı ora buraxmayaq. Həqiqətən də Ermənistanın təbii sərvətlərlə zəngin ölkələr siyahısına daxil etmək mümkün deyil. Həmin təşəbbüs də təbii sərvətlərlə zəngin olan ölkələrin cəlb olunduğu təşəbbüsdür. İkinci bir tərəfdən, Ermənistan ora daxil olacağı təqdirdə də yalnız özünün indiki sərhədləri çərçivəsində əldə etdiyi gəlirləri açıqlaya bilər”.

Q.İbadoğlu işğalçı ölkənin Beynəlxalq Məhkəməyə veriləməsini də zəruri sayır: “Əvvəla, hesab edirəm ki, Azərbaycan tərəfi olaraq bu istiqamətdə beynəlxalq mətbuatda analitik yazılar dərc edilməlidir ki, sonradan məhkəmə qərarları üçün istinad imkanları yaransın. İkincisi, fərdi olaraq vətəndaşlar və özəl təşkilatlar adından beynəlxalq hüquq çərçivəsində məhkəmə iddiaları qaldırılmalıdırlar. Vətəndaşlar mülkiyyət hüquqlarının qorunması üçün Avropa İnsan Haqları Məhkəməsinə, özəl şirkətlər isə Avropa İttifaqı və BMT-nin arbitraj məhkəmələrinə müraciət etməlidirlər. Bu istiqamətdə dövlətin əsas işi vəkil və hüquqi dəstək göstərmək olmalıdır. Şəxsən mən ABŞ-da keçirdiyim görüşlərdə və iştirak etdiyim beynəlxalq təbdirlərdə Qarabağ mövzusunu həmişə gündəmdə saxlayıram”.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor