Bağdadda Türkiyənin bayrağı yandırıldı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-12-2015, 22:25 | Şərh sayı: (0) | Baxılıb: 312
Bağdadda Türkiyənin bayrağı yandırıldı
İraqın paytaxtı Bağdadda Türkiyənin Mosul şəhərinə 900 nəfərlik hərbi kontingent yollamasına qarşı etiraz aksiyası keçirilib. Mosul yaxınlığındakı Başika hərbi bazasından türk hərbçilərin dərhal çıxarılmasını tələb edən aksiya iştirakçıları Türkiyə bayrağını yandırıblar.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, Təhrir Meydanındakı aksiyada 4 minə yaxın iraqlı iştirak edir. Onların əksəriyyətindəə İraqdakı şiələrin hərbi birləşməsi olan"Həşdi Şəbi"nin bayraqları var.
İraqlı şiələrin digər hərəkatı olan "Bədr"in lideri Hadi əl Əmiri deyib: "İraqın müstəqilliyi və ərazi bütövlüyünü hədəfə alan hər layihəyə qarşı mübarizə aparacağıq".
Təhrirdə Türkiyə əleyhinə keçirilən aksiyaya baş nazir Heydər əl İbadinin qərarı ilə vəzifəsindən kənarlaşdırılmış prezident yardımçısı Nuri əl Maliki də qatılıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər