Hikmət Hacızadə: “Ac xalqın qarşısında “Formula 1” yarışı sosial partlayışa sәbәb ola bilər” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-02-2016, 16:10 | Şərh sayı: (0) | Baxılıb: 278
Hikmət Hacızadə: “Ac xalqın qarşısında “Formula 1” yarışı sosial partlayışa sәbәb ola bilər”
Azərbaycan təşkilatçıları Formula 1 Qran Pri yarışlarının Bakıda keçirilməsi üçün 10 illik müqavilə imzalayıb, BBC bu barədə rəsmi məlumat alıb. Formula 1-ə rəhbərlik edən FOM şirkəti ilə Bakı yarışlarını təşkil edən Baku City Circuit arasında müqavilənin imzalanması iki il əvvəl bəyan edilsə də, sazişin detalları indiyədək açıqlanmamışdı. Küçə yarışlarını təşkil etmək hər il “80-90 milyon dollara” başa gəlir”.
Politoloq Hikmət Hacızadə Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, bu cür nüfuzlu oyunların müqavilələri çox çətin şərtlərə malik olur: “Formula 1 yarışları ilə bağlı müqavilə imzalanan vaxtı Azərbaycan böhranlı günlərini yaşamırdı. Hökumət düşünürdü ki, ölkəyə gələn pullar elə davam edəcək. Hәmin pulların müqabilində də bu cür yarışların keçirilməsi ciddi problem yaratmırdı. Müqavilənin şərtləri təzəliklə açıqlanb. Əlbətdə bu cür beynəlxalq yarışlar Azərbaycanın gücünə uyğun deyil.
Bu cür yarışlardan mütləq əl çəkmək lazımdır. Lakin bəzən bu cür müqavilələrdən imtina etmək ciddi cərimələrə səbəb olur. Bu baxımdan müqaviləyə diqqət etmək lazımdır. Hər halda bu proseslər ciddi müzakirə olunmalıdır, vә bundan xilas olmaq lazımdır. Ac xalqın gözünün qarşısında “Formula1” yarışı necə keçəcək? Bu siyasi, sosial partlayışa gətirib çıxarda bilər. Hər il gözünün qarşısında milyonlar xərclənərək yarışların keçirilməsi ac və əsəbi insanların ciddi etirazlarına səbəb olacaq”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər