Bakıda aksiya: "Qazımızı verin!" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 22:37 | Şərh sayı: (0) | Baxılıb: 261
Bakıda aksiya: "Qazımızı verin!"
Səbail rayonu, 20 ci sahə, Arif Ismayılov küçəsinin 100-ə qədər sakini bu gün günorta radələrində yol bağlayıblar.
ANS PRESS-in məlumatına görə, buna səbəb noyabr ayının axırından bu günə qədər həmin əraziyə qazın verilməməsidir. Bunu həmin küçədə yaşayan sakinlərdən biri Azər Quliyev deyib.
"Ötən il də bizdə qaz çox zəif olub, noyabrın sonundan isə ümumiyyətlə ciddi qaz problemi yaşayırıq. Dəfələrlə "Azəriqaz"a müraciət etsək də, bunun heç bir əhəmiyyəti olmayıb. Ona görə də təngə gələn əhali bu gün yolu bağlayıb. Bundan sonra Səbail rayon İcra Hakimiyyətindən nümayəndələr, polis əməkdaşları, eləcə də, "Azəriqaz"ın işçiləri hadisə yerinə gəliblər. Əhaliyə bu gün axşam saatlarınadək qazın veriləcəyi söz verildikdən sonra etiraz sona çatıb", - deyə A.Quliyev qeyd edib.
Səbail rayonu, 20-ci sahə
“Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat rəhbəri İbrahim Kərbalayev isə onların qurumuna qarşı səsləndirilən iddialarla razı olmadığını vurğulayıb:
"Bu gün həmin ərazidə heç bir etiraz aksiyası olmayıb. Qaz çoxdan deyil, bu gündən kəsilib. Yaşayış evlərinin həyətlərindən əsas qaz xətti keçir. Bu xəttə qeyri-qanuni birləşmələrin səbəbindən tıxanma olub. Hazırda qurumumuzun səlahiyyətli nümayəndələri oradadırlar. İşlər gedir. Sabahadək bütün problemlər aradan qaldırılacaq", - deyə İbrahim Kərbalayev bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər