Bakıda müşahidə olunan xoşagəlməz qoxunun səbəbi açıqlanıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-12-2015, 19:24 | Şərh sayı: (0) | Baxılıb: 288
Bakıda müşahidə olunan xoşagəlməz qoxunun səbəbi açıqlanıb
Bu gün səhər saatlarında Bakının Xətai və Səbail rayonlarında müşahidə olunan xoşagəlməz qoxunun səbəbi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, Bakı şəhərində son 3 gündə əlverişsiz metroloji şərait bərqərar olub. Tez-tez istiqamətini dəyişən zəif küləklər, nisbi rütubətliliyin yüksək olması, axşam saatlarında temperaturun aşağı, gündüz saatlarında temperaturun yüksək olması ilə bağlı hava hövzəsində yığılan, nəqliyyatdan və stasionar mənbələrdən atılan tullantıların səpələnməsi üçün əlverişli meteoroloji şərait yaradıb. Buna görə də bu gün səhər saatlarında Bakının Xətai və Səbail rayonlarının bir hissəsində xoşagəlməz iyi ilə müşahidə olunub. Günün sonuna doğru şimal küləyinin güclənməsi gözlənilir.
Nazirlikdən bildirilib ki, artıq günorta saatlarından xoşagəlməz qoxu zəifləyib və bu hal itmək üzrədir. Küləyin sürətlənməsi ilə qısa müddət ərzində iy də olmayacaq.
Nazirlik bildirir ki, sağlam insanlar havada müşahidə olunan bu halı ancaq qoxu ilə hiss edir, ancaq ola bilsin ki, bu, xəstə insanlar üçün diskomfort yaradıb. Lakin atmosfer hövzəsindən götürülmüş nümunələrdə zərərli qaz qarışıqlarının miqdarında artım qeydə alınmayıb, norma həddində olub. İnsan sağlamlığı üçün heç bir təhlükə yoxdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər