Bakıda ev və obyektləri kim və niyə sökür? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-12-2015, 13:02 | Şərh sayı: (0) | Baxılıb: 276
Bakıda ev və obyektləri kim və niyə sökür?
Yasamal rayonu ərazisində, metronun ''Nizami'' stansiyasının yaxınlığında yol kənarında yerləşən bütün obyeklər dağıdılıb. Milli.Az criminal.az-a istinadən xəbər verir ki, iş içraçıları həmin ərazidə yolun genişləndiriləcəyini, bütün obyektlərin sökülücəyini bildirib. İşlər ''Azəryolservis'' tərəfindən həyata keçrilir.
Bununla bağlı Milli.Az-ın sorğusunu cavablandıran Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib ki, söküntü işlərinin aparılması yol kənarındakı obyektlər və evlərin qanunsuz olması ilə əlaqədar deyil. Tikililər qarşılıqlı razılıq əsasında sökülür. Məqsəd adıçəkilən ərazidə Balababa Məcidov və Abdulla Şaiq küçələrində yolun genişləndirilməsidir: "Hazırda orada yolun genişləndirilməsi işləri aparılır. Bunun üçün küçələrin kənarında kifayət qədər sahə olmadığından ətrafdakı yaşayış evləri, ticarət və digər obyektləri sökülür. İndi həmin küçələrin eni cəmi 5-6 metrdir və yolun darlığı səbəbindən nəqliyyatın hərəkətinin nisbətən instensiv olduğu bu küçələrdə sıxlıq və tıxaclar yaranır. Birinin uzunluğu 1200, digərinin 800 m olmaqla həmin küçələrdə genişləndirmə işləri tam başa çatdıqdan sonra isə yolların eni 15 m-ə çatacaq. Bu isə nəqliyyat vasitələrinin sərbəst hərəkətinə şərait yaradacaq".
Onun sözlərinə görə, söküntü işləri Maliyyə Nazirliyindən ayrılan vəsait hesabına ev və obyektlərin sahiblərinə kompensasiyalar ödənilməklə Yasamal rayon İcra Hakimiyyəti tərəfindən aparılır. "Azəryolservis" isə yalnız yol təsərrüfatı ilə əlaqədar işlərin icrasını həyata keçirir.
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər