Satıcıların narazılığı qəbul edilmədi, biznesmen bazarı icarəyə verir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-01-2016, 23:34 | Şərh sayı: (1) | Baxılıb: 774
Satıcıların narazılığı qəbul edilmədi, biznesmen bazarı icarəyə verir
"Xalqlar dostluğu" ticarət mərkəzində çalışanlar icarə haqlarının endirilməsini tələb edirdilər. Bir neçə gün əvvəl də bazarda çalışan bir qrup ticarətçi aksiya keçirmişdilər.
Aksiyadan sona bazarın sahibi iş adamı İman Quliyev ticarət mərkəzinə gəlib. Ticarətçilərlə görüşən iş adamı icarə haqlarının endirilməyəcəyini deyib.
Bu məlumatı musavat.com-un əməkdaşına bazarda çalışanlar verib.
Bazar əməkdaşları deyirlər ki, icarə haqlarının endirilməməsi və devalvasiyadan sonra ölkə bazarında yaranan çətin vəziyyət onları çıxılmaz durumda qoyub.
"Müştərilər 60 faizədək azalıb. Qazancımız da gündəlik icarə haqqına gedir. Yol pulu və yemək pulu çıxanda sevinirik. Çox adam mağazaları bağlayıb"- deyə bazar işçiləri bildirir.
Bazar işçiləri bu gün aksiya keçirəcəkləri ilə bağlı yayılan məlumatların doğru olmadığını dedilər: "Heç bir xeyri olmayacaq. Rəhbərlik də deyib ki, endirməyəcəklər".
Ticarət mərkəzində xeyli sayda mağaza bağlanıb və hazırda işləyənlərin bir çoxunun qapısının üstünə icarəyə verilməsinə dair elanlar asılıb.
Əldə etdiyimiz digər məlumata görə, İman Quliyev özü də bazarı aylıq 80 min manata icarəyə çıxarıb.
İlkin
Musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər