Səbail İcra Hakimiyyətindən iddialara reaksiya... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-01-2016, 22:05 | Şərh sayı: (0) | Baxılıb: 344
Səbail İcra Hakimiyyətindən iddialara reaksiya...

Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri İsrafil Kərimov həmin yoxlamaların nəticələri ilə bağlı ölkə KİV-lərində yer alan materiallar barəsində açıqlama yayıb: “Bir sıra elektron informasiya vasitələrində, o cümlədən «musavat.com» saytında Trend informasiya agentliyinə istinadən Hesablama palatasının apardığı yoxlamaların nəticələri açıqlanıb. Sayda «…Eldar Əzizovun da rayonunda nöqsanlar: Pullar hara xərclənib?» başlıqla verdiyiniz materialda müəyyən qeyri-dəqiqliyə yol vermisiniz. Belə ki, aparılan yoxlamalar son 5 il ərzində Səbail rayon mənzil-kommunal təsərrüfatı birliyinin fəaliyyəti ilə bağlı olub və həmin illərdə Eldar Əzizov Səbail rayonunun deyil, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olub, Səbail rayonuna isə 2015-ci ilin sentyabr ayından başçı təyin olunub”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər