RSS
 

Login:
Şifrə:
» » Bəs dövlətin 35 milyonu hara getdi?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Bəs dövlətin 35 milyonu hara getdi?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-11-2015, 13:53 | Şərh sayı: (0) | Baxılıb: 323

Bəs dövlətin 35 milyonu hara getdi?


Bəs dövlətin 35 milyonu hara getdi?


İlham Mirzəliyev: ""Azəriqaz"ın bizə satdığı qaz ümumi həcmin 1,74%-ni təşkil edir"

Noyabrın 15-dən ölkədəki normativlərə uyğun olaraq mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunan abonentlər istilik almalıydılar. 10 gündən artıq vaxt keçməsinə baxmayaraq abonentlər istilik üzünə həsrət qalıblar. Bu müddətdə KİV-lərdə verilən məlumata görə, qazanxanaların əksəriyyəti qaza görə borclu olduğundan onlara yanacaq verilməsi "Azəriqaz" tərəfindən dayandırılıb və buna görə də onlar heç fəaliyyətə başlaya bilməyiblər.

Ixlas.Az "Bizim Yol" qəzetinə istinadən xəbər verir ki, Neft Araşdırmaları Mərkəzinin apardığı araşdırmaya görə, 1 noyabr tarixinə "Azəriqaz" İstehsalat Birliyinə ölkədəki 526 qazanxanadan yalnız 160-nın borcu 1000 manatdan aşağı olub. Digərlərinin borcu bu həddi aşıb və nəticədə "Azəristiliktəchizat" ASC üzrə 40 milyon manatı keçib.

Həmin borcun 8 milyon manatı təkcə 2015-ci ildə yaranıb. Ümumiyyətlə, son 5 il ərzində "Azəristiliktəchizat" hər il orta hesabla istifadə etdiyi yanacağın təqribən 30-35 faizi müqabilində ödəmələr edib. Həmişə də bunu əhalinin pulu tam ödəməməsi ilə əsaslandırıb.

Mərkəzin ekspertləri qeyd edirlər ki, "Azəristiliktəchizat" ASC-nin balansındakı qazanxanalar hamısı təbii qazla işləyir. Yəni onları digər yanacaq növü ilə təmin etmək (mazut, kömür, dizel) iqtisadi cəhətdən səmərəsizdir.

Hökumətin maliyyə sənədləri ilə tanış olduqda görmək olar ki, bu qurum yarandıqdan sonra ASC-yə hər il dövlət büdcəsi xətti ilə 35-40 milyon manat vəsait ayrılıb. Xərcləmə maddəsinin adı da belədir: "mənzil-kommunal təsərrüfatı sektorunda istilik sisteminə".

İndi sual olunur, bu qurumun vəzifəsi son 10 ildə ancaq ondan ibarət idi ki, büdcə vəsaitləri hesabına qazanxanalar tiksin, köhnələrini yenidən qursun və avadanlıq alsın? Bəs idarəçilik, bazar sistemində sovet sistemindən fərqlənən yeni iş üslubunun tətbiqi hanı?

Hökumət bu qədər vəsait ayırdığı halda bir hesabat tələb edibmi ki, qoyulan investisiyalar müqabilində əhalinin istiliklə təminatında hansı dönüş yaradılıb?

""Əhali pul vermir" dediyi mənzillərin böyük əksəriyyətində monitorinqlər aparılsa, illər boyu heç istilik olmur, ya da 150 isitmə günü əvəzinə heç yarısı da təmin edilmir, bəzi abonentlərə isə istilik ümumiyyətlə verilmir. Belə olan halda "Azəristiliktəchizat" istehlak etdiyi qazın pulunu nədən SOCAR-a tam ödəmir?

Ona görə də hazırda neftin qiymətinin yarıbayarı azaldığı bir vaxtda "Azəristiliktəchizat" kimi qeyri-effektiv qurumun saxlanılmasının dövlətə, insanlara bir faydası varmı?" - deyə ekspertlər sual edirlər.
Mərkəzin mütəxəssisləri tövsiyə edirlər ki, yeganə çıxış yolu kimi qısa bir zamanda "Azəristiliktəchizat"ın özəlləşdirilməsi olardı. Bundan həm dövlət qazanardı, həm də abonentlər. Düzdür, sonuncular üçün tariflər artacaq, ancaq evlərində istilik də olacaq, daha elektrikə əlavə xərc çəkilməyəcəkdi.

Dünən "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev APA-ya müsahibəsində bildirib ki, noyabrın 15-dən payız-qış mövsümü başlamalı idi: "Bütün zəruri hazırlıq işləri görülərək qazanxana və istilik şəbəkəsi avadanlıqları tam hazır vəziyyətə gətirilmişdir. Noyabrın 15-dən qazanxanalar işə salınsa da istehlak edilən təbii qaza görə borclar tam ödənmədiyi üçün "Azəriqaz" tərəfindən qazanxanaların qaz təchizatının dayandırılması haqqında göstəriş verilir. Təbii olaraq, biz dərhal müzakirələrə başladıq və bildirdik ki, məsələnin bu cür qoyuluşunu biz məqbul hesab etmirik. Çünki həm "Azəriqaz", həm "Azəristiliktəchizat" bu dövlətin qurumlarıdır və bizim aramızda olan problemlərin vətəndaşa yansıması düzgün deyil. Biz hesab edirik ki, bununla bağlı Nazirlər Kabineti, Maliyyə Nazirliyi və ya ən pis halda məhkəməyə müraciət olunmalı idi. Bir az da uzağa getsək, bu cür məsələlərdə məhkəmədən öncə tərəflər arasında ilkin danışıqlar olmalıdır, yəni tərəflər mübahisəni məhkəməyə qədər həll etməkdə maraqlı olmalıdırlar. Əgər danışıqlar nəticə verməzsə, məhkəməyə müraciət etmək olar".

İlham Mirzəliyevin sözlərinə görə, bu gün müəssisənin zərərlə işləməsinin səbəblərindən biri mövcud tariflərin xərcləri bağlaya bilməməsidir: "Heç kəsə sirr deyil ki, biz soyuq suyun 1 kubmetrini 1 manata alırıq, amma istehsal olunan isti su satılır 40 qəpiyə. Tariflər arasındakı disbalansa fikir verin.

Digər səbəb odur ki, büdcədən maliyyələşdirilən təşkilatların, o cümlədən - təhsil, səhiyyə ocaqları, körpələr evi, qocalar evi və sair sosial obyektlərin istilik haqlarının ödənməsi üçün müəyyən edilmiş limitlər faktiki tələbatın 50-52 faizini təşkil edir. Başqa sözlə, büdcədən maliyyələşdirilən təşkilatlar faktiki olaraq istehlak etdikləri istilik enerjisinin dəyərinin yalnız yarısını ödəyirlər. Yəni bu qəbildən olan müəssisələr üçün bir limit müəyyənləşdirilib. Lakin biz onları enerjisiz qoymuruq, halbuki, bunu etməyə bilərik, çünki zərərimiz artır. Yanvarın ortasında bu sosial obyektlərdə istiliyin kəsilməsi nə dərəcədə doğru olardı? Axı o əlil də bizimdir, məktəbli də bizimdir, xəstə də bizimdir. Hesab edirəm ki, bir dövlət qurumu olaraq biz düzgün addım atırıq. Və burada qeyri-adi bir şey yoxdur, dünyanın hər bir yerində belədir".

Sədr müavini qeyd edib ki, "Azəriqaz" "Azəristiliktəchizat"dan 2005-ci ilədək, yəni həmin müəssisə yaranmamışdan öncə yığılan borcları da tələb edir: "Borclar "Azəristiliktəchizat" ASC yaradılana qədər mövcud olan müəssisələrin borcları nəzərə alınmaqla hesablanır. Ölkə prezidentinin imzaladığı sərəncamda birmənalı şəkildə yazılıb ki, ASC-nin yaradılması ilə əlaqədar ləğv olunan müəssisələrin borclarının tənzimlənməsi ilə bağlı aidiyyəti qurumlar təkliflərini hazırlayıb təqdim etsinlər. Bununla bağlı "Azəriqaz"la dəfələrlə məhkəmə çəkişmələrimiz olub və bu sərəncamı əldə rəhbər tutaraq məhkəmə ləğv olunan müəssisələrin borcunu "Azəristiliktəchizat" ASC-yə aid etməyib.

Biz etiraf edirik ki, bizim borcumuz var. Amma "Azəristiliktəchizat"ın fəaliyyəti dövründə yaranmış borcun da dəqiqləşdirilməsinə zərurət var.

Bütün "Azəristiliktəchizat"ın istehlak etdiyi qazın həcmi "Azəriqaz"ın satdığı qazın həcminin 1,74%-ni təşkil edir. Başqa sözlə, söhbət "Azəriqaz" üçün o qədər də böyük rəqəmdən getmir. Bu o deməkdir ki, bizim istehlak etdiyimiz qaz "Azəriqaz"ın fəaliyyətini iflic edəcək səviyyədə deyil".



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor