Bakıda qəza törədən avtobus sürücüsü hadisə yerindən qaçıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 07:07 | Şərh sayı: (0) | Baxılıb: 326
Bakıda qəza törədən avtobus sürücüsü hadisə yerindən qaçıb
Bakıda sərnişin avtobusu qəza törədib, sürücü hadisə yerindən qaçıb.
APA-nın məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb.
32 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu yol kənarında dayanmış “Mercedes” markalı minik maşınına çırpılıb. Qəza zamanı “Mercedes”in sürücüsü avtomobildə olub, avtobusda da sərnişin sıxlığı olub. Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmasa da, minik maşınına ciddi ziyan dəyib.
“Mercedes”in sürücüsü Famil Nəsibovun sözlərinə görə, avtobus yüksək sürətlə hərəkət edib və qəfildən onun maşınına arxadan çırpılıb. Avtobusun sürücüsü qəzadan dərhal sonra hadisə yerini tərk edib. 32 saylı marşrut xəttinin məxsus olduğu fərdi sahibkarın nümayəndələri hadisə yerinə gəliblər və sürücünün hadisə yerindən qorxudan qaçdığını bildiriblər. Araşdırma zamanı məlum olub ki, avtobusun icbari sığortası da yoxdur.
Yol polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar. Onların israrlı tələblərinə baxmayaraq, sürücü qəza yerinə gəlməkdən imtina edib, bir qədər sonra isə onu ümumiyyətlə tapmaq mümkün olmayıb.
Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinin yol-nəqliyyat hadisələri üzrə baş inspektoru Yaqub Abdullayev APA-ya bildirib ki, qəzaya səbəb olan sürücünün hadisə yerini tərk etməsi ilə bağlı protokol tərtib olunacaq və müvafiq tədbir görüləcək.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər