İxtisar olunanlar narazı zümrəyə qoşularsa... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-01-2016, 21:53 | Şərh sayı: (0) | Baxılıb: 228
İxtisar olunanlar narazı zümrəyə qoşularsa...
Daxili və xarici qüvvələr bu “ordu”dan hakimiyyətə, dövlətə qarşı istifadə edə bilərmi?
Neftin kəskin ucuzlaşması ölkənin gəlirlərini də əhəmiyyətli dərəcədə azaldıb. Bu vəziyyətin ortaya çıxardığı zərərli tendensiyalardan biri də iş yerlərinin bağlanması, isşizlərin sayının artmasıdır. İş yerini itirənlərinin sayının sürətlə artması o deməkdir ki, narazı zümrən sıraları genişlənir. Bəs bu zümrənin artmasından, işsizlər ordusundan daxildəki və xaricdəki qüvvələr istifadə edə bilərləmi?
Politoloq Qabil Hüseynli bildirdi ki, işsizlərin sayının çoxalması cəmiyyətdə antoqonist ziddiyyətlərin artmasına şərait yaradır. Neftin qiymətinin aşağı düşməsi, qeyri-neft sektorunun zəif olması zəif olan orta təbəqənin sıradan çıxmasına gətirib çıxarır.
Orta təbəqənin sıradan çıxması da onların açdıqları iş yerlərinin də bağlanmasına səbəb olur. İşsizlər ordusu isə bütün ölkələr üçün təhlükəli bir faktordur: “Azərbaycanda işsizlərin sayının artmasından daxili siyasi qüvvələrdən çox xarici qüvvələr dövlətə qarşı istifadə etməyə can ata bilər. Daxildə siyasi partiyalar erməni təcavüzünün mövcud olduğu bir şəraitdə daxili vəziyyətin mürəkkəbləşməsinə cəhd etməzlər. Onlar tənqid edərlər, yazarlar, amma bütövlükdə əhalini qeyri-konstruktiv istiqamətə yönəltməyə cəhd etməzlər. Əgər belələri tapılarsa, demək, onlar hansısa xarici dövlətin tapşırıqlarını yerinə yetirir. Qaldı xarici qüvvələrin yaranmış vəziyyətdən istifadə etməsinə, buna cəhdlər ola bilər. Bu yaxınlarda Nardaran hadisələrində hansı dövlətin barmağı olduğunu gördük. Eləcə də başqa dövlətlər də şimal rayonlarında fəallıq göstərmək istəyinə düşə bilərlər. Hüquq-mühafizə orqanlarının işidir ki, həmin qüvvələrin ölkəmizin daxilində pozuculuq aparmasının qarşısını alsın. Yerli hakimiyyət orqanları da əhali ilə daimi izahat işi aparsın, onların ehtiyaclarını öyrənsin, ehtiyacların aradan qaldırılması istiqamətində səylər göstərsin. Yerli hakimiyyət orqanlarından əhalinin əhval-ruhiyyəsi xeyli dərəcədə asılıdır. Əhalini hakimiyyətdən incik salan, qeyri-konstruktiv hərəkətlərə vadar edən əsas məsələlərdən biri də bürokratik süründürməçilik, rüşvət tələb etmə kimi səbəblərdir”.
Q.Hüseynli işsizlər ordusunun artmasından daxili və xarici qüvvələrin istifadə edə bilməməsi üçün bir çox mühüm addımlar atılmalıdır: “Bunun üçün sosial tədbirlər görülməlidir. Məsələn, işsizlərə müəyyən müddətə sosial müavinətlərin verilməsi, onların dəqiq uçotunun aparılması, imkan daxilində yeni iş yerlərinin açılması, bir sözlə, insanın ”ac qılınca çapar" səviyyəsinə gətirilib çatdırılmaması vacibdir. Azərbaycanda işsizlərin sayı son vaxtlar artmaqdadır, amma bu prosesin zərərlərinin mümkün qədər az olması üçün tədbirlərə başlanıb. Məsələn, struktur islahatları aparılır, sosialyönümlü proqramların işə salınmasına ciddi əhəmiyyət verilir, sosialyönümlü proqramların heç biri ixtisar edilmir.
Xüsusilə işsiz olan və maddi durumu çətin ailələrin uçota alınması və onların sosial müavinətlə təmin edilməsi istiqamətində səmərəli işlər aparılmağa çalışılır. Bir sözlə, elə edilir ki, vəziyyət adamların ayaqlanmasına gətirib çıxarmasın. Üstəlik də ölkədə bir sıra layihələrin də işə salınması nəzərdə tutulub. Bu, əsasən qaz layihəsidir. Uzağı bir ildən sonra “Şahdəniz” qaz yatağının işə salınması planlaşdırılır. Qaz yatağı işə salındıqdan sonra ölkəyə valyuta gətirilməsi artacaq. Azərbaycan mühüm yükdaşımalarının mərkəzinə çevrilir. Bu sahədən də ölkənin gəlirləri çoxalacaq. Azərbaycan iqtisadiyyatının neftdən asılılığına son qoyulmalıdır. Qeyri-neft sektorunun inkişafı üçün ciddi şərait yaratmaq lazımdır. Bu proseslərin uğurla aparılması üçün ölkədə rüşvətə və korrupsiyaya qarşı ciddi mübarizə aparılmalıdır. İnsanlar ona dövlət tərəfindən verilən sosial müavinət, yardımlar, lizinq kreditləri üçün artıq pul ödəməməlidir. Kreditlər insanlara ədalətli paylanmalıdır, elə edilməlidir ki, insanlarda iş qurmağa, istehsala həvəs oyansın. Belə olan şəraitdə insanlar nə ölkəni tərk edər, nə də hansısa kənar qüvvələrin təsiri altına düşər".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər