RSS
 

Login:
Şifrə:
» » Azərbaycan postneft dövründə: Hökumət nə etdi və nə gözləyək?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Azərbaycan postneft dövründə: Hökumət nə etdi və nə gözləyək?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-01-2016, 11:04 | Şərh sayı: (0) | Baxılıb: 267

Azərbaycan postneft dövründə: Hökumət nə etdi və nə gözləyək?


Azərbaycan postneft dövründə: Hökumət nə etdi və nə gözləyək?Təməli 2007-2008-ci illərdə ABŞ banklarının yaratdığı "ipoteka vəbası" ilə qoyulmuş və sonradan dünyanı bürümüş böyük maliyyə böhranının ölkəmizdən yan keçməsi üçün bu illər ərzində hökumət mümkün olan bütün addımları atdı. Bunun nəticəsi idi ki, Azərbaycan nəinki böhranı hiss etdi, əksinə, görünməmiş sıçrayışla bütün dünyaya gerçək bir inkişaf modeli təqdim etdi. Məhz neft gəlirlərindən düzgün istifadə etməklə Azərbaycan iqtisadiyyatın digər sahələrini də sürətli inkişaf yoluna çıxarmağa müvəffəq oldu. Son 5 ilin iqtisadi göstəricilərinə diqqət edək: Bu müddət ərzində Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi 20% artaraq 70%-ə yüksəlmiş, bu sektordan ixracın həcmi isə 60%-dən çox artmışdır.

***

Lakin çox təəssüf ki, Azərbaycanın qeyri-neft sektoru sürətli inkişaf mərhələsinə qədəm qoyduğu, neftdən asılılığın aradan qaldırılması istiqamətində dövlət proqramlarının icra olunduğu bir ərəfədə iqtisadiyyatımız üçün arzulanmayan proseslər baş qaldırdı - neft kəskin şəkildə ucuzlaşmağa başladı. Aydındır ki, 2014-cü ilin ortalarından başlayaraq neftin dünya bazarlarında qiymətinin davamlı olaraq aşağı düşməsi qədim neft ölkələrindən biri kimi Azərbaycana təsirini göstərməyə bilməzdi. Düzdür, bu, təcrübədə birinci fakt deyil. Dünya bazarlarında neftin qiymətinin kəskin faza ilə artıb-azalması halları neftin hasil olunduğu tarix boyu dəfələrlə müşahidə olunub. Əslində, iqtisadiyyatı neftlə bağlı olan ölkələr bunu həmişə gözləyirlər. Lakin məsələ burasındadır ki, neftin qiymətinin budəfəki enişi əvvəlkilərdən fərqli xarakterdədir. Bu dəfə proses birmənalı şəkildə siyasi iddiaların təsiri altındadır. Bunu görmək üçün hansısa dərin təhlillərə ehtiyac duyulmur. Mənzərə göz önündədir - Dünya gücləri münasibətlərini aydınlaşdırmağa və gələcək dünya nizamının konturlarını cızmağa çalışır və bunun üçün bir-birilərinə qarşı bütün mümkün təsir vasitələri və rıçaqlarından istifadə edirlər. Məsələn, İran neftinin ixracına qoyulmuş embarqonun aradan götürülməsi, qırx illik fasilədən sonra ABŞ-ın dünya bazarına neft çıxarmaq iddiasına düşməsi, OPEK ölkələrinə neft hasilatını azaltmağa imkan verilməməsi və s. bu sıradan olan təsir vasitələridir ki, nəticəsi sözsüz ki, bizi-neft ölkəsi olan Azərbaycanı da vurur...

Artıq heç kəsə sirr deyil ki, dünyada baş verənlərdən dolayı dövlətimizin gəlirləri nəzərəçarpacaq dərəcədə azalıb və elə məhz bunun nəticəsində də milli valyutamız öz dəyərini itirir. Bəli, bu gün ölkəmiz bizdən asılı olmayan səbəblərdən iqtisadi çətinliklərlə, maliyyə sistemində yaranmış gərginliklərlə üzləşib. Lakin bu o demək deyil ki, bəzilərinin iddia etdiyi kimi, faciə baş verib və xalq olaraq hamımız pessimizmə qapılıb indiyə qədər görülmüş bütün işlərin üzərindən xətt çəkməliyik. Əksinə, bu gün hər kəs öz vətəndaşlıq borcunu yerinə yetirməli, dövlətə dəstəyini əsirgəməməlidir. İndi elə bir məqamdır ki, təxribatlara uymaq, siyasi məqsədlərə hesablanmış çağırışlara qarşılıq vermək olmaz. Bu vətən yaxşı günü ilə də, pis günü ilə də bizimdir!

***

Bəziləri öz siyasi maraqlarından çıxış edərək Azərbaycan hökumətini böyük neft pullarını ölkədə qeyri-neft sektorunun inkişafına yönəltməməkdə günahlandırır. Əslində isə bu vaxta qədər ölkənin iqtisadi və maliyyə sistemində tamam başqa reallıqlar müşahidə olunub. Azərbaycana böyük neft pulları 2008-ci ildən etibarən daxil olmağa başlayıb. Ancaq Prezident İlham Əliyev bundan 4 il öncə 2004-cü ildə, "Neft faktoru ölkəmizin iqtisadiyyatında böyük rol oynayacaq. Ancaq biz iqtisadi siyasətimizi elə qurmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur - daha doğrusu, Azərbaycan neft ölkəsi deyil" demişdi. Bax, Prezident bu fikirləri səsləndirdiyi vaxt indi Azərbaycan hökumətini qeyri-neft sektorunun inkişafına diqqət göstərməməkdə suçlayanlar bu mövzuda ümumiyyətlə danışmırdılar. Həmin ərəfədə onlar boş xülyalarla yenicə seçilmiş gənc Prezidentin öz postunu qoruya, dövləti idarə edə bilməyəcəyinə dair fikirlər yaymaq, insanlarda yanlış təsəvvürlər formalaşdırmağa çalışırdılar. Lakin İlham Əliyevin uğurlu iqtisadi siyasət strategiyası, düşünülmüş sosial-iqtisadi proqramları ölkə əhalisini Prezidentin ətrafında sıx birləşməyə həvəsləndirdi ki, nəticədə xalq dövlətin və dövlət başçısının əsas dayağına, güc mənbəyinə çevrildi.

Konkret faktlara diqqət edək: 2008-ci ildən etibarən ölkəyə daxil olan böyük neft pulları ilk növbədə qeyri-neft sektorunun inkişafına gələcəkdə yaxşı zəmin yarada biləcək iri infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldi. Bu, çox düzgün addım idi. Ölkənin fasiləsiz elektrik enerjisi, su, qaz, yol və nəqliyyat problemlərini həll etmədən qeyri-neft sektorunun inkişafını təmin etmək mümkün deyildi. Bu işlər başa çatar-çatmaz artıq 2014-cü il sənaye, 2015-ci il isə kənd təsərrüfatı ili elan edildi. 2015-ci ilin ikinci yarısından etibarən isə ölkədə korrupsiya və rüşvətxorluğa qarşı açıq müharibə elan edən Prezident azad sahibkarlığın qarşısındakı bütün maneələrin tam aradan qaldırılmasını təmin edən qətiyyətli addımlar atdı. Hər kəs bilməlidir ki, bir neft ölkəsində iqtisadiyyatın neftdən asılılığına 5-6 il ərzində son qoymaq praktiki cəhətdən mümkün deyil və dünya təcrübəsi də belə bir nümunə tanımır. Neft faktoru üzərində möhkəmlənmiş iqtisadiyyatın diversifikasiyası üçün illər və bəlkə də on illiklər sərf olunmalıdır. Bu proses bir göz qırpımında deyil, mərhələli şəkildə həyata keçirilməlidir. Azərbaycan hökuməti də bu yolda öz hədəfinə doğru sistemli və xüsusi proqramlarla "silahlanmış" şəkildə gedir.

***

Danılmaz həqiqətdir ki, ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin strateji xəttidir və o öz başlanğıcını İlham Əliyevin prezident seçildiyi ilk günlərdən götürüb. Burada bir faktı da xatırlatmaq yerinə düşər: Prezident İlham Əliyev 2014-cü ili sənaye ili elan edəndə dünya bazarlarında neftin qiyməti bir barrel üçün 110 dollar civarında idi və həmin vaxt dünyanın nüfuzlu iqtisadiyyat institutları və maliyyə qurumları belə proqnozlaşdıra bilməzdilər ki, bir müddətdən sonra neft "su qiymətinə" düşəcək. Azərbaycan Prezidenti isə neftin qiymətinin 100-110 dollarlıq həddində belə ölkədə qeyri-neft sənayesinin inkişaf etdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir, addımlar atırdı. İndi hansı haqla Prezidenti qınamaq olar ki, o, qeyri-neft sektorunun inkişafına maraq göstərməyib? Ədalət hissini gərək nə qədər itirəsən ki, "pulu daşa-divara xərclədilər" kimi görülmüş işlərin mahiyyətinə və miqyasına kölgə salan fikirlər səsləndirəsən. Həmin o "daş-divar" məktəb, uşaq bağçaları və ali təhsil ocaqlarının göz oxşayan yeni binalarıdır. Müasir standartlara cavab verən nəhəng filarmoniyalar, konsert və idman arenalarıdır. Teatrlar, istirahət və əyləncə mərkəzləri, park və iaşə obyektləri, zövqlə inşa edilmiş çoxmərtəbəli yaşayış evləri, inzibati binalar və tibb müəssisələridir. Həmin o "daş-divar" yol ötürücüləri, körpülər, yeni yollar, su elektrik stansiyaları, qazlaşdırma və içməli su layihələridir. Bu "daş-divar" Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi, "Cənub" qaz dəhlizi, "Şahdəniz-2", TANAP layihələri üzrə görülmüş nəhəng işlərdir. Dedikləri "daş-divar" ordudur, yeni və müasir əsgər qışlaları və yeməkxanalarıdır, müdafiə sənayesidir, müasir silahlar, döyüş maşınları, artilleriya qurğularıdır...

Bütün bu və sadalamadığımız digər irimiqyaslı işlər Azərbaycan vətəndaşları üçün deyilmi? Həyata keçirilmiş və keçirilməkdə olan layihələrə axı necə kölgə salmaq olar? Hadisələrə, ümumi vəziyyətə qiymət verərkən bir qədər vicdanla danışmaq olmazmı? "Pulu daşa-divara xərclədilər" deyənlər nə istəyirdilər? İstəyirdilər ki, uşaqları sovetlərdən qalmış və hər qarşında siçan deşiyi olan bağçalara, məktəblərəmi getsinlər? İstəyirdilər ki, ömürlərinin sonuna qədər hər il yağışdan qorunmaq üçün damına qır tökdükləri balaca-balaca, bir-birinin içində olan köhnə və yaman günlü evlərdəmi yaşasınlar? İndi köçüb müasir binalarda və rahat mənzillərdə yaşayırlar. Sökülən daxmalara görə aldıqları 100-150 min manat da məhz neft pulları idi... Hər birimizin qohum-tanışı arasında belə insanlar var və biz onların əvvəlki həyatını da xatırlayırıq, indiki gününü də görürük. Elələri də var ki, yeni mənzildən əlavə maşın da alıb... Ümumiyyətlə, bu ölkədə kiçikdən böyüyə qədər hamı neft gəlirlərindən bu və ya digər dərəcədə bəhrələnib.

Hamı bilməlidir ki, bu gün gəlir azalması faktı ilə üzləşən təkcə Azərbaycan deyil. Qərbi Avropanın ən böyük neft ixracatçısı olan Norveç belə bu gün ciddi problemlərlə üzləşib və bu fakt artıq rəsmi səviyyədə etiraf olunur. Norveçin Neft İdarəsinin rəhbəri Bente Niland mediaya açıqlamasında bildirib ki, neftin qiymətinin 30 dollara düşməsi səbəbindən Norveçin neft sənayesi böhranla üzləşib və bunu inkar etmək mümkün deyil. Söhbət o ölkədən gedir ki, "Vaxtında neft gəlirlərini düzgün xərcləsəydilər..." kimi "ağıllı" məsləhətlər verən ekspertlərimiz onu Azərbaycana nümunə göstərirdilər. İndi biz soruşuruq: Norveçdə də neft gəlirlərindən düzgün istifadə olunmayıb? Buna görə bu ölkədə böhran yaşanır? Maraqlıdır, bu nümunəvi Avropa ölkəsi indiyədək neftdən asılılığa niyə son qoya bilməyib?..

***

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda görülmüş işlərin nəticəsdir ki, hazırda qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir. Bir çox məhsullara olan tələbatımız yerli istehsal hesabına təmin olunur ki, bunun da nəticəsində ölkəyə həmin məhsulların idxalı xeyli azalıb. Bu gün artıq dövlət səviyyəsində qeyri-neft sektorunda istehsal olunan məhsulların ixracının stimullaşdırılması istiqamətində ciddi addımlar atılır. Konkret olaraq son vəziyyətə adekvat tədbirlərə gəldikdə, deyə bilərik ki, Prezidentin rəhbərliyi altında artıq keçən ildən və xüsusilə də keçən ilin ikinci yarısından başlayaraq dünyadakı proseslərin ölkəmizə az təsir göstərməsinə hesablanmış müvafiq proqramların icrasına başlanılıb. Yada salırıq:

-​ Struktur islahatları çərçivəsində ötən il ərzində bir neçə dövlət qurumu ləğv edildi;

-​ Ölkədə azad sahibkarlığın inkişafına mane olan yoxlamalar dayandırıldı;
-​ Lisenziyaların verilməsi qaydaları sadələşdirildi, lisenziya verilən fəaliyyət növlərinin sayı azaldıldı;

-​ Gömrükdə şəffaflığın artırılması, inhisarçılığın aradan qaldırılmasını təmin edən qərarlar qəbul olundu;

-​ Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da sərt şəkil aldı və bəzi səlahiyyət sahibləri öz qanunsuz əməllərinə görə məsuliyyətə cəlb olundu.

-​ Süni qiymət artıranlara qarşı sərt mübarizə mexanizmlərindən istifadə olunaraq daxili bazar nəzarətdə saxlanıldı...

Bu addımlar və bu qəbildən olan başqa tədbirlər ölkə iqtisadiyyatını mənfi xarici təsirlərdən mümkün qədər qorumaq məqsədi daşıyırdı və gözlənilən odur ki, yaxın dövr ərzində ölkədə daha bir neçə mühüm yeniliyə şahidlik edəcəyik. Prezident Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunmuş iclasında cari ildə ölkədə çox ciddi struktur və kadr islahatlarının aparılacağının anonsunu verdi. Sözügedən müşavirənin ardınca ölkədəki mövcud vəziyyətə müvafiq bir neçə vacib addım atıldı. Bu sırada buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad olunmasını, valyuta bazarında özbaşınalığın və süni qiymət artımının qarşısını almaq məqsədilə banklardan kənardakı valyutadəyişmə məntəqələrinin lisenziyasının ləğv edilməsini, əmək pensiyalarının baza hissəsinin artırlamasını, struktur islahatları çərçivəsində isə daha bir dövlət qurumunun - Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv olunmasını göstərmək olar ki, ötən ildən başlamış prosesin davamlı xarakterdə olduğu bir daha hər kəsə aydın olsun. Məlumatlar var ki, manatın məzənnəsinin zəifləməsi və bu səbəbdən bəzi məhsulların qiymətlərinin qalxması nəticəsində əhalinin aztəminatlı təbəqəsinin üzləşdiyi çətinliklərin aradan qaldırılması istiqamətində hökumət bir sıra tədbirlərin görülməsinə hazırlaşır. Bu sırada banklardan dollarla kreditlər götürmüş insanların üzləşdiyi problemlərin həlli kimi məsələlər də nəzərdən keçirilir. Heç kəsin şübhəsi olmasın ki, hökumətin iqtisadi blokuna daxil olan qurumlar gecə-gündüz gücləndirlmiş iş rejimində işləyir, yaranmış vəziyyətə adekvat tədbirlərin işlənib hazırlanmasına çalışırlar.Yaxın günlərdə dövlət büdcəsinə yenidən baxılması ilə bir çox suallara aydınlıq gətiriləcək.

***

İnsanlarımızın narahatlığı tamamilə başadüşüləndir. Hər birimiz bu ölkənin vətəndaşıyıq və baş verənlər təbii ki, hamımızın həyatına bu və ya digər dərəcədə təsir göstərir. Lakin heç bir halda imkan vermək olmaz ki, insanların düşdüyü vəziyyətdən sui-istifadə olunsun. Azərbaycan yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələdə hər birimizin üzərinə böyük bir məsuliyyət düşür. Unutmamalıyıq ki, Azərbaycanda vəziyyətin qarışmasında, sabitliyin pozulmasında, xalqla dövlət arasındakı körpülərin dağılmasında maraqlı olan xarici qüvvələr var və bu sırada radikal dini qruplaşmaların mövcudluğu da heç kəsdə şübhə doğurmamalıdır. Pusquda dayanıb ölkəmizə girmək üçün boşluqlar axtarırlar. Girsələr, inanın ki, bu məmləkətdə daşı-daş üstündə saxlamayacaqlar. Hədəfdə dövlətimiz, bayrağımız olacaq. Biz kiməsə belə bir imkan yarada, belə bir şans tanıya bilmərik. Odur ki, hər birimizin üzərinə tarixi bir missiya düşür - bu ağır mərhələni də adlamaq. Dövlət üzərinə düşəni edəcək -şübhəmiz olmamalıdır! Prezident həmişəki kimi vətəndaşın, xalqın yanında dayanacaq - Əminik! Bax, bu əminlik, bu inam sarsılmamalı, güvənc yerimiz dəyişməməlidir!

Onu da unutmamalıyıq ki, böhranı dərinləşdirən amillər sırasında psixoloji faktor da var. Panika bütövlükdə iqtisadiyyata ciddi ziyan vurur və biz çalışmalıyıq ki, ən gərgin anlarda belə soyuqqanlığımızı əldən verməyək.
Və nəhayət...

Azərbaycanın bu günlər üçün topladığı ehtiyat 40 milyard dollar həcmindədir. Neft gəlirlərindən düzgün istifadə olunmasaydı indi ehtiyatımızda 1 qəpiyimiz də olmazdı...

Fikrət Yusifov

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
İqtisad elmləri doktoru, professoru

Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor