Prezident: “Neftin qiymətinin düşməsi və manatın devalvasiyası Azərbaycanda iqtisadi proseslərə də təsir edib” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-01-2016, 19:21 | Şərh sayı: (0) | Baxılıb: 301
Prezident: “Neftin qiymətinin düşməsi və manatın devalvasiyası Azərbaycanda iqtisadi proseslərə də təsir edib”
“Qeyri-neft sənayesinin 8,4 faiz artması bizim əsas göstəricimizdir”
“2015-ci ildə neftin qiymətinin düşməsi və manatın devalvasiyaya uğraması Azərbaycanda iqtisadi proseslərə də təsir edib. Bunun səbəbi kənarda yaranıb, neftin qiymətinin azalması iqtisadi yox, siyasi amillərlə bağlıdır”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı bildirib ki, buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı artıb, ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz çoxalıb: “Qeyri-neft sənayesi isə 8,4 faiz artıb. Bu məni çox sevindirir. Çünki bu, son illər ərzində qeyri-neft sektorunun inkişafı deməkdir və aparılan islahatların nəticəsidir. Hesab edirəm ki, qeyri-neft sənayesinin 8,4 faiz artması bizim əsas göstəricimizdir”.
Prezident İlham Əliyev deyib ki, keçən il Azərbaycan iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub: “Qoyulan sərmayənin yarısı xarici sərmayədir və bu da çox müsbət haldır. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir. Başqa iqtisadi göstəricilər də müsbət dinamikanı göstərir. Yəni 2015-ci ildə bütün bu geosiyasi və iqtisadi amilləri nəzərə alaraq, iqtisadi inkişafa nail olmaq özlüyündə böyük nailiyyətdir”.
Dövlət başçısı qeyd edib ki, bütün sosial proqramlar, o cümlədən sosial infrastruktur layihələr icra olunur, yeni iş yerləri açılır, regionların inkişafı ilə bağlı tədbirlər görülür: “2015-ci ildə Azərbaycan əhalisi 114 min nəfər artıb”.
Prezident İlham Əliyev çıxışında TANAP layihəsinin əhəmiyyətinə də toxunub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər