Rus general: "Suriyada 217 yaşayış məntəqəsi terrorçulardan azad olunub" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 19:33 | Şərh sayı: (0) | Baxılıb: 211
Rus general: "Suriyada 217 yaşayış məntəqəsi terrorçulardan azad olunub"
“Rusiya Hərbi Kosmik Qüvvələri Suriyada 100 gün ərzində 5 mindən çox döyüş uçuşu həyata keçirib”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-leytenant Sergey Rudskoy keçirdiyi brifinqdə bildirib.
“2015-ci il sentyabrın 30-dan bu günə kimi Rusiya Hərbi Kosmik Qüvvələri 5662 döyüş uçuşu, o cümlədən 145 strateji raket daşıyan təyyarə və bombardmançı aviasiya uçuşu həyata keçirib”, - deyə o, söyləyib.
S. Rudskoy bu müddət ərzində Suriyada vəziyyətin kökündən dəyişdiyini də bildirib: “İŞİD terrorçu qruplaşmasının nəzarət etdiyi 217 yaşayış məntəqəsi işğaldan azad olunub. 1024 kvadrat kilometr ərazi terrorçulardan geri alınıb”.
Rusiyalı general Suriyada terrorçu qruplaşmalara qarşı döyüşlərin eyni vaxtda 15 istiqamətdə aparıldığını vurğulayıb.
S. Rudskoy sentyabrın 30-dan bu günə kimi Suriyadakı terrorçu qruplaşmaların mövqelərinə endirilən qanadlı raketlərin sayı barədə də məlumat verib. Onun sözlərinə görə, bu müddət ərzində dəniz və havadan terrorçuların mövqelərinə 97 qanadlı raket zərbəsi endirilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər