İran və "Hizbullah" Rusiyanın tərəfinə keçdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-10-2015, 15:45 | Şərh sayı: (0) | Baxılıb: 375
İran və "Hizbullah" Rusiyanın tərəfinə keçdi
Rusiya Hava-Kosmik Qüvvələrinin təyyarələri Suriyada İŞİD və "Cəbhət əl Nüsra" terrorçularına raket-bomba zərbələri endirməyə davam edirlər.
Suriyanın Latakiya, Həmmam, Tartus və Humus şəhərlərində artıq 2000-ə yaxın rusiyalı hərbçi var. Onlar Rusiyanın Suriyada yaratdığı yeni aviabaza ilə yanaşı, Tartusdakı hərbi-dəniz bazasını qoruyurlar.
Milli.Az Al Arabia-ya istinadən bildirir ki, Rusiyanın Suriyadakı əməliyyatlarını İranla yanaşı, Livandakı "Hizbullah" da tam dəstəklədiklərini bəyan ediblər.
İran XİN-nin sözçüsü Mərziyə Əfhamın dediyinə görə, Tehran Moskvanın qərarlarını və davranışını məntiqi sayır: "Terrorla gerçək, köklü mübarizə aparmaq məcburiyyətindəyik. Rusiyanın da Suriyadakı silahlı terror qruplaşmalarına qarşı hərbi əməliyyatlarına tamamən dəstəkləyirik".
"Hizbullah" da Suriyada İŞİD və çoxsaylı terror qruplaşmalarına qarşı apardığı döyüşlərin intensivliyi ilə miqyasıünı artırmaq niyyətindədir.
Bu arada İranın Suriyaya qoşun yeridərək quruda döyüşlərə başlamaq fikrində olduğu da iddia olunur.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər