ABŞ və Rusiya razılığa gəlib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-12-2015, 13:52 | Şərh sayı: (0) | Baxılıb: 327
ABŞ və Rusiya razılığa gəlib
ABŞ və Rusiya tərəflərini təmsil edənlər arasında Suriyadakı terror qruplaşmalarına dair müəyyən razılıq var.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bəyan edib.
"İŞİD və "Cəbhət ən Nüsrə" daxil olmaqla, bir sıra qruplaşmalara dair mövqeyimiz eynidir. Bu, danışıqların bir hissəsidir. Digər qruplaşmalara dair hələ ki, tam razılıq əldə edilməyib", deyə M.Toner bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Rusiya xarici işlər nazirinin müavini Qennadiy Qatilov Suriyada hansı qruplaşmaların terrorçu sayılıb sayılmadığına dair ABŞ-la rəsmi Moskva arasında razılıq əldə olunduğunu bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər