Rusiya Suriyaya yeni vertolyotlar göndərdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-12-2015, 20:24 | Şərh sayı: (0) | Baxılıb: 294
Rusiya Suriyaya yeni vertolyotlar göndərdi
Rusiya Suriyaya yeni hərbi texnika göndərib. Belə ki, "Mi-35M" döyüş vertolyotları Suriyanın Hmeymim aviabazasında peyda olub. Bunu RT telekanalının aviabazada apardığı çəkilişlərdən də görmək olar.
virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, indiyədək Suriyaya "Mi-35M" döyüş vertolyotları göndərilməyib və onlardan bu ölkədəki əməliyyatlarda istifadə olunmayıb. Bu hava döyüş maşınları əvvəllər yalnız İraqa ixrac olunub.
"Mi-35M" döyüş vertolyotları "Mi-24V" vertolyotlarının modernləşmiş variantıdır. Təkmilləşdirilmiş konstruksiyaya malik bu vertolyotlar 2005-ci ildən seriya istehsalına buraxılıb.
Xatırladaq ki, Rusiya sentyabrın 30-dan etibarən Suriyadakı hərbi əməliyyatlarda iştirak edir. Rusiyanın aviasiya qrupu Latakiya şəhərinin yaxınlığındakı Hmeymim aviabazasında yerləşir. Rusiyanın burada 70 hərbi təyyarəsi döyüş növbəsi çəkir.
Rusiyanın Suriyadakı hərbi-dəniz qüvvələrinə isə 10 gəmi daxildir. Onların 6-sı Aralıq dənizində döyüş növbəsindədir. Latakiya sahillərində də "Moskva" raket kreyseri növbə çəkir. Xəzər donanmasının gəmiləri isə oktyabrın 7-də və noyabrın 20-də əməliyyatlara cəlb olunub.
Türkiyə F-16-ları noyabrın 24-də Rusiyanın Su-24 bombardmançısını vurandan sonra Rusiya Suriyadakı aviabazaya S-400 zenit-raket komplekslər də yerləşdirib. Dekabrda Rusiya İŞİD yaraqlılarının mövqelərinə ilk dəfə olaraq Aralıq dənizindəki "Rostov Don" sualtı qayığından zərbələr endirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər