Rusiya Suriyada 1200-dən çox neft daşıyan avtomobil məhv edib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-12-2015, 20:39 | Şərh sayı: (0) | Baxılıb: 256
Rusiya Suriyada 1200-dən çox neft daşıyan avtomobil məhv edib
Rusiya aviaqrupunun təyyarələri sentyabrın 30-da Suriyada hərbi əməliyyatlar başlanan vaxtdan xam neft və neft məhsulları daşıyan 1200-dən çox sisternli avtomobil məhv ediblər.
İxlas.az "Report"a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-leytenant Sergey Rudskoy məlumat verib.
"Rusiya aviasiyası zərbələr endirməyə başladığı vaxtdan 1200-dən çox belə sistern məhv edilib", — deyə Rudskoy bildirib.
Onun sözlərinə görə, təkcə son üç gün ərzində yaraqlıların 6 qanunsuz neft mədəni, həmçinin xam neft və onun emalı məhsullarını daşıyan 7 avtomobil karvanı məhv edilib.
"Son bir neçə həftə ərzində İŞİD və digər terror qruplaşmalarının mövqelərinə endirilən zərbələrin sayı çoxaldılıb. Rusiya aviasiyası Suriyada terrorçuların gəlir mənbələrinin partladılmasına böyük diqqət ayırmaqdadır", — deyə Rudskoy qeyd edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər