Rus təyyarələri 100 gündə Suriyada 1730 nəfəri öldürdü |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 07:13 | Şərh sayı: (0) | Baxılıb: 262
Rus təyyarələri 100 gündə Suriyada 1730 nəfəri öldürdü
Rusiyanın Suriyaya girməsindən 100 gün ötür.
Avropa.info xəbər verir ki, Əl-Cəzirə telekanalının yaydığı məlumata görə, 100 gün ərzində Rusiya bombardımanları nəticəsində 135 uşaq qətlə yetirilib.
Telekanalın Suriya müxalifət və inqilabi qüvvələrin milli koalisiyasına istinadla verdiyi xəbərdə 100 gün ərzində 135-i uşaq, 115-i qadın olmaqla 1730 suriyalının öldürüldüyü bildirilir.
Bundan başqa 29 xəstəxana və sağlamlıq mərkəzi vurulub. Ümumilikdə Rusiya bombardımançı təyyarələri 100 gün ərzində Suriyada 12 min hava hücumu təşkil edib.
Qeyd edək ki, Rusiya Suriyada İŞİD-i hədəf aldığını bildirir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər