Pentaqon İŞİD-lə mübarizə üzrə Rusiya ilə əməkdaşlıqdan imtina edib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-12-2015, 21:45 | Şərh sayı: (0) | Baxılıb: 254
Pentaqon İŞİD-lə mübarizə üzrə Rusiya ilə əməkdaşlıqdan imtina edib
"Rusiyanın İŞİD terror təşkilatı barədə informasiyanı paylaşmağa hazır olmasına baxmayaraq, Pentaqon rəsmi Moskva Suriya prezidenti Bəşər Əsədlə bağlı strategiyasını dəyişməyincə, Suriya üzrə əməkdaşlıq etmək niyyətində deyil."
İxlas.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Mişel Baldansa bildirib: "Müdafiə Nazirliyinin mövqeyi dəyişməyib: biz rəsmi Moskva Əsədin dəstəklənməsi üzrə strategiyasını dəyişməyincə və diqqətini İŞİD üzərində cəmləşdirməyincə, Rusiya ilə Suriya üzrə əməkdaşlıq etmək niyyətində deyilik.“
Rusiya Silahlı Qüvvələri Baş qərargahının Baş əməliyyat idarəsinin rəisi general-leytenant Sergey Rudskoy ötən gün ölkəsinin İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə terrorçuların Suriyadakı obyektləri haqqında məlumatları paylaşmağa hazır olduğunu və qarşı tərəfdən də eyni fəaliyyəti gözlədiyini söyləyib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər