ABŞ-ın İŞİD-lə təkbətək mübarizəsi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-11-2015, 21:31 | Şərh sayı: (0) | Baxılıb: 326
ABŞ-ın İŞİD-lə təkbətək mübarizəsi
ABŞ qüvvələri Suriyada İŞİD terror təşkilatının üzvü, qərbli cinayətkarları edam edən, “cihadçı Con” kimi tanınan Məhəmməd Emvazini zərərsizləşdirməyə cəhd göstərib. Bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk məlumat verib.Onun sözlərinə əsasən, ABŞ Hərbi-Hava Qüvvələri Suriyanın İŞİD-in “paytaxt" elan etdiyi Rakka şəhərində adıçəkilən terrorçuya zərbə endirib.“Əməliyyatın nəticələri araşdırılır”, - təfərrüatlı məlumat verməkdən çəkinən Kuk əlavə edib.
"The Washigton Post" qəzeti isə yazır ki, videokadrlarda terrorçuya hücumun pilotsuz uçuş aparatı tərəfindən həyata keçirildiyi görünür.
Rusiyanın İŞİD-ə qarşı mübarizəyə qoşulmasından sonra ABŞ-ın regiondakı nüfuzu itib. Belə ki, qısa müddət ərzində vəziyyəti dəyişməyi bacaran Rusiya əslində İŞİD-lə “mübarizənin” hansı səviyyədə aparıldığını ortaya qoymuşdu.
Görünən odur ki, ABŞ-ın İŞİD-lə mübarizəsi ümumi olaraq terrorçu təşkilata qarşı deyil, sadəcə olaraq fərdlərə yönəlib. Bunun kökündə isə yenə qərbliləri edam edən şəxslər durur. Belə bir qənaətə gəlmək olar ki, İŞİD-in hər gün öldürdüyü yüzlərlə insan ABŞ və müttəfiqlərini maraqlandırmır. Bu da “demokratiya və insan haqqları” carçılarının simasını bir daha ortaya qoymuş olur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər