Rusların 85 faizi Putini dəstəkləyir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-12-2015, 14:30 | Şərh sayı: (0) | Baxılıb: 347
Rusların 85 faizi Putini dəstəkləyir
Rusiyada aparılan bir araşdırma, iqtisadi böhran səbəbindən vətəndaşların təxminən yarısının iqtisadi vəziyyətinin pisləşdiyini üzə çıxarıb.
Avropa.info xəbər verir ki, Rusiyanın "Dojd" televiziya kanalı, Levada Araşdırma Mərkəzinin ölkədəki iqtisadi böhran və nəticələrinə dair keçirdiyi ictimai rəy sorğusunun nəticələri açıqlanıb.
Rəy sorğusunda iştirak edənlərin 82 faizi ölkədə iqtisadi böhran olduğunu deyib. Rus xalqının 62 faizi bu böhranın bir ildən artıq davam edəcəyi fikrindədir. Sorğuda iştirak edənlərdən 44 faizi əlavə xərclərini təxirə saldıqlarını deyiblər.
48 faiz şəxsi iqtisadi vəziyyətinin pisləşdiyini qeyd edib. Sadəcə 5 faiz "vəziyyətim yaxşılaşdı" deyib. Sorğuda iştirak edənlərin 21 faizi maaşlarının aşağı düşdüyünü, 30 faizi isə yaxın zamanlarda maaşlarında eniş olacağını gözlədiklərini bildiriblər
Bu göstəricinin 1998-ci ildən bu yana ən yüksək narazılıq nisbəti olduğu bildirilib.
İqtisadi vəziyyətə dair araşdırma nəticələrini dəyərləndirən ekspertlər, əhalinin qarşılaşdığı iqtisadi çətinliklərin həyata keçirilən xarici siyasət səbəbindən olduğunu və Rusiya prezidenti Vladimir Putinin 85 faizlik reytinqinə təsir etmədiyini söyləyiblər.
Sosioloq Denis Volkov xalqın iqtisadi böhran səbəbindən baş verən qiymət artımını və gəlirlərində azalmanı gördüklərini, ancaq həyata keçirilən xarici siyasət səbəbindən bu mənfi cəhətlərə diqqət yetirmədiklərini bildirib.
Rusiya hakimiyyətinin 2015-ci ilin siyasi gündəmini xalqı iqtisadi problemlərdən uzaqlaşdırmaq vasitəsi kimi istifadə etdiyini dilə gətirən Volkov, Ukrayna məsələsindən sonra, Suriya məsələsinin gündəmə gəldiyini, ardınca isə Türkiyə ilə çıxan siyasi böhranın hakimiyyətin reytinqini düşməyə qoymadığını deyib.
Levada Araşdırma Mərkəzinin mütəxəssisi Marina Krasilnikova, xalqın hərbi əməliyyatlara verdiyi bu reaksiyanın altında "ölkənin parçalanması təhlükəsi və böyük ölkə kimliyinə zərbə dəyməsi" xofunun yatdığını bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər